Bizim tərcüməDünya

Rusiya raketlərlə hücum etdi! İki Avropa ölkəsi qaranlığa qərq oldu

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya ilə Ukrayna arasında müharibənin birinci ilinə yaxınlaşdıqca, Rusiya qüvvələrinin hücumları davam edir. Rusiya ordusunun gün ərzində Ukraynanın paytaxtı Kiyevə və bəzi şəhərlərə hücumu nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib. Hücumlar nəticəsində Ukrayna və Moldovanın bir hissəsi qaranlığa qərq olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə 60-dan çox raketlə hücumlar təşkil etdiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kiyev Şəhər Hərbi Administrasiyasının nümayəndəsi Mixail Şamanov Rusiya ordusunun paytaxt Kiyev və ətrafına atdığı 40 raketdən 37-nin havada məhv edildiyini bildirib.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Kiyevdən kənarda Xarkov, Xerson, Kriviy Rox şəhərləri və ətraf yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində dinc sakinlər həyatını itirib və yaralanıb.

3

Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Kiyevdə içməli su və elektrik enerjisi kəsilib.

Rusiyanın Ukraynaya qarşı raket hücumları nəticəsində Moldovanın Laloveni şəhərində də enerji infrastrukturunun zədələnməsi səbəbindən elektrik enerjisində fasilələr yaranıb.

2

Digər tərəfdən, noyabrın son günlərində Rusiya qüvvələrinin hücumları nəticəsində Moldovanın bir çox bölgəsi qaranlığa qərq olub. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button