Loading...
Loading...
Dünya

Rusiya səfirinin başına qırmızı rəng atıblar

İnternetdə yayılmış videoda səfir və onu müşayiət edən şəxsləri dövrəyə almış şəxslər əllərində Ukrayna bayraqları tutub, “Faşistlər” qışqırırlar

Varşavada Rusiya səfirinə hücum olub. Sergey Andreyev Qırmız ordu əsgərlərinin dəfn olunduğu məzarlığa əklil qoyarkən üstünə qırmızı rəng atıblar.

İnternetdə yayılmış videoda səfir və onu müşayiət edən şəxsləri dövrəyə almış şəxslər əllərində Ukrayna bayraqları tutub, “Faşistlər” qışqırırlar.

Hadisə yerindən kadrlar Rusiyanın RİA Novosti, İzvestiya dövlət media orqanları yayıb. Videolarda səs eşidilmir.

Bəzi Telegram kanallarında yayılan videoda isə “Faşistlər” şüarı eşidilir.

Təkcə səfirin deyil, onun yanındakı şəxslərin üzünə də qırmızı boya ləkələri yayılıb. Səfirin polisin müşayiətilə hadisə yerini tərk etdiyi bildirilir.

Rusiyanın reaksiyası

TASS yazır ki, Rusiyanın Polşadakı səfirliyi diplomatlara hücumla bağlı rəsmi protest təqdim edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz Telegram kanalında iddia edir ki, “neonasizm pərəstişkarları bir daha öz qanlı sifətlərini göstərdilər”. “Artıq dediyim kimi, bizi qorxutmaq olmaz. Avropanın sakinləri güzgüdə özlərinə baxıb qorxmalıdırlar”, – Zaxarova qeyd edib.

Rusiyanın Polşadakı səfirliyi təhlükəsizlik səbəblərindən 9 May Qələbə günü tədbirlərini minimuma endirib. Bu gün Rusiya və postsovet ölkələrinin bəziləri nasist Almaniyası üzərində qələbənin 77-ci ildönümünü qeyd edir.

Polşa Rusiyanın Ukraynaya hücumuyla bağlı sərt mövqe tutub. Müharibə başlayandan Polşaya 3 milyondan çox ukraynalı qaçqın gedib.

24 saat” “
Rusiya səfirinin başına qırmızı rəng atıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ Ukraynanın ‘müharibəni udması’ üçün yardımı kəsməyəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun