2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Rusiya şirkətləri tərəfindən istehsal olunan smartfonlar üçün Android-in lisenziyalaşdırılması dayandırılıb

    Mobile Research Group şirkətinin analitiki Eldar Murtazin öz Telegram kanalında xəbər verib ki, Google Rusiyanın yerli şirkətləri tərəfindən istehsal edilən smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdırmağı dayandırıb. Heç istisna deyil ki, Google bütün Android smartfon brendlərinin Rusiyada satışlarına qadağa da qoysun. Qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə yerli şirkəti Android smartfonların istehsalı ilə məşğul olur. Android platforması özü pulsuzdur və açıq mənbə koduna sahibdir. Lakin buna baxmayaraq əgər istehsalçılar platforma daxilində Google servislərindən istifadə etmək istəyirlərsə, onlar sertifikatlaşdırma prosesindən keçməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    23 mart tarixindən başlayaraq isə Google Rusiyanın yerli şirkətləri üçün bu prosesi reallaşdırmağı dayandırıb. Şirkətin bu məsələ ilə bağlı bəyanatı belədir: “ABŞ-ın eksport qanunu Rusiyaya xidmətlərin, eksportun və o cümlədən ABŞ mənşəli texnologiyalar ilə proqram təminatının təqdim edilməsini qadağan edir”. Beləliklə Rusiyanın yerli şirkətləri öz Android smartfonlarında Google servislərindən istifadə imkanından məhrum olurlar. Bu proses digər ölkələrdəki smartfon istehsalçılarını əhatə etmir. Lakin heç istinsa deyil ki, Rusiyaya lisenziyalaşdırılmış Android əməliyyat sisteminə sahib istənilən smartfonun eksportu da qadağan edilsin.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button