2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya “sizi tanımıram” deyir 

Seymur Həzi

Şuşa ətrafında baş verən provokasiyanın və onun ardınca baş verən hadisələri sadə qarşıdurma kimi şərh etmək yanlışlıq olardı. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanı Xankəndi-Laçın yolunu bağlayıb humanitar böhran yaratmaqda ittiham etdiyi günlərdə Azərbaycan tərəfi bu yolu maneəsiz keçən Rusiya sülhməramlılarına aid maşınlarını saymaqla məşğul idi. Bu maşınlarda kimin nə daşıdığını bilmək imkanı haqqında düşünən olmadı. Əksinə, daxili auditoriyaya hesablanmış yüngül və aşağılayıcı dil seçməklə Vardanyanın Azərbaycan torpaqlarına giriş-çıxışı su yoluna döndərməsinin üstünü örtməyə çalışdılar. Əlbəttə, bütün bunlar mənəvi gücü sıfır nöqtəsində olan qarşı tərəfi həvəsləndirməyə bilməzdi. Görünür, müharibədən ağır zərbə alaraq çıxmış erməni cəmiyyətini yeni provokasiyalara razı salmaq elə də asan olmur. Bunun üçün onların motivasiyaya ehtiyacı olur. Rusiyanın Azərbaycan torpaqlarında özünü hakimi mütləq kimi aparması da məhz bu motivasiyanı təmin etmək üçündür. 

Lavrov nəyə razı olmur? 

Lavrov Azərbaycanın öz sərhədlərinə daxil olan insan və digər vasitələrin üzərində nəzarət imkanı əldə etməsinə razı deyil. O, Azərbaycan tərəfinə texniki vəzifə təklif edir. Halbuki, əksinə, Rusiyanın buradaki fəaliyyəti məhz texniki olmalıdır. Kreml bir imtina ilə həm Azərbaycanın ərazi bütövlüyünü, həm də onun suveren hüquqlarını tanımır. Tanımır bir tərəfə, ona mane olur. Mane olur, ardınca da hələ bir provokasiyalar təşkil edir. Yəni siz sabitlikdən artığına iddia etsəniz, sabitlik də olmayacaq. Lavrov Azərbaycanın təklif etdiyi Nəzarət Buraxılış Məntəqəsi ideyasına “Rusiya sülhməramlılarının fəaliyyətinə mane olmamaldır” deməklə, əslində orada formal mövcudluğun mümkünlüyünü, amma Rusiyanın daşımalarına nəzarət etməyin yolverilməzliyini dilə gətirib. İndi əsas sual budur: Rusiya oraya nə daşıyır ki, ona nəzarəti istəmir? Hər halda, bu, əsgərlər üçün qida geyim və digər təminat deyil. Nə də Qarabağ erməniləri üçün humanitar yardım deyil. Rusiya belə bir şey düşünsə, onu reklamsız etməz. Özü də istəyər ki, bunu sərhəddən reportaj kimi yayınlasın. Etmirsə, deməli, söhbət nədən gedir? Silahdan və sursatdan. 

Saytların yığılması Saytlarin yigilmasi

Təkrar sual 

Rusiya hələ də Azərbaycan torpaqlarında hansı beynəlxalq statusla və mandatla qalmaqda davam edir? Rusiya Azərbaycan ərazisindəki qondarma rejimdə vəzifə verib-alan statusuna necə sahib olub? Biz, ümumiyyətlə, bu cür qeyri-rəsmi və qanunsuz əlaqələrdə niyə varıq? Əgər bütün bunlarda xoşluqla iştirak ediriksə, o zaman baş verənlərin hüquqi və siyasi baxımdan şəriki oluruq. Yox, biz bu prosesdə zorən varıqsa, deməli, baş verənlər işğalçının fəaliyyətlərdir və Azərbaycan bunu etiraf etmək gücünü özündə tapmalıdır. Bütün hallarda, Kremlin Azərbaycandakı hərbi fəaliyyətlərinə son qoymaq üçün daha bir fürsət yaranıb və bunu qiymətləndirməmək çox ciddi səhv olardı. 

The post Rusiya “sizi tanımıram” deyir  appeared first on 24 saat.

24 saat” “Rusiya “sizi tanımıram” deyir ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button