2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya son illərin ən böyük hərbi təlimlərinə başlayır

Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşünün müzakirə mövzusu olub.
Onların cümə axşamı günü keçirilən görüşü gələn həftə Belarusda keçiriləcək “Zapad 2017” hərbi təlimlərdən əvvəl baş verib.
Ordu generalı Valeri Gerasimov general Petr Pavel-ə təlimlərin müdafiə xarakterli olduğunu və üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib, APA agentliyi xəbər verir.
Lakin 14-20 sentyabrda keçiriləcək Rusiya ilə Belarusun müştərək manevrləri Polşada və Baltik ölkələrində narahatçılığa səbəb olub.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur ki, Baltik dənizi, Belarus və Rusiyanın qərbindəki poliqonlarda keçiriləcək manevrlərdə 10 gəmi, 70 təyyarə və 250-dək tankla yanaşı digər texnika və silah növləri istifadə olunacaq.
Moskva təlimlərə 12.700 hərbçinin qatılacağını bildirib.
Almaniya Litva və Estoniya isə əsgərlərin sayının 100 mindən artıq ola biləcəyini hesab edir.
Cümə axşamı günü öz fransalı həmkarı ilə görüşən Almaniyanın müdafiə naziri Rusiyanın rəsmi rəqəmlərini sual altına alaraq, təlimlərə 100 mindən artıq hərbi heyətin qatılacağını deyib, Reuters agentliyi xəbər verir.
“Şübhəsiz ki, biz Rusiyanın imkanları və qüdrətinin nümayişini müşahidə edirik”, – Ursula von der Leyen Tallində Aİ müdafiə nazirlərinin toplantısı vaxtı müxbirlərə bildirib.
Fransanın müdafiə naziri Florence Parly isə Aİ və NATO sərhədlərindəki manevrləri düşünülmüş “hədə strategiyası” kimi təsvir edib.

Təlimlərə üç NATO eksperti dəvət edilsə də, NATO rəhbəri Jens Stoltenberg tədbirin şəffaflıq tələblərinə cavab vermədiyini bildirir, AFP icmalında qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya israr edir ki, sayı 13 mindən aşağı olan əsgəri qüvvənin iştirakı ilə keçirilən təlimlərdə beynəlxalq müşahidəçilərin dəvət olunması məcburi deyil.

2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində başlanan münaqişə ardınca NATO ilə Rusiya arasında əlaqələr gərgin olaraq qalır.

Son illər ərzində Şimali Alyans Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlıq izhar edən Baltik ölkələrlə Polşa ərazisinə 4 minə yaxın əlavə qüvvə yerləşdirib.

Bu ilin əvvəlində Bakıda ABŞ SQ qərargah rəisləri komitəsinin sədri, general Joseph Dunfordla Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button