2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya Suriya məsələsində anlaşmadığı halda təcrid edilə bilər

Ağ Evin sözçüsü Sean Spicer Suriyayla bağlı uyğun bir razılaşma təmin edilməyəcəyi halda, Rusiyanın təcrid edilə biləcəyini söyləyib.

Spicer bugünkü mətbuat konfransında Ağ Evin mövqeyini “əgər milli maraqlarımıza uyğun bir razılaşma təmin edə bilməcək, Rusiya qətiliklə təcrid edilər” şəklində açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistlərin Suriyadakı hadisələrlə bağlı Rusiyaya sanksiya qərarının verilməsi mümkünlüyü ilə əlaqədar sualı da qiymətləndirən Ağ Evin sözçüsü “bildiyiniz kimi, konkret addımlar hazır olmadığı müddətcə biz bunları danışmırıq” deyib.

“Adolf Hitler belə II Dünya müharibəsi zamanı kimyəvi silah istifadə etməyib” söyləyən Sean Spicerə faşistlərin müharibə zamanı soyqırım üçün qaz istifadə etdikləri xatırladılıb. Spicer “Əsədin istifadə etdiyi şəkildə öz xalqının üzərində qaz istifadə etməyib, onları soyqırım mərkəzlərinə göndərib” deyə cavab verib. Spicerın bu  fikri də sosial mediada gündəm olub.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button