Now Reading:
Rusiya Suriyadakı bazalarına hücumu Türkiyədən görür?

“Business Insider” saytının yazdığına görə, Rusiya hərbiyyəsi çərşənbə günü bildirib ki, bu yaxınlarda onun Suriyadakı Hmeymim hərbi hava və Tartusdakı hərbi dəniz bazalarına 13 dronla hücumu Türkiyənin dəstəklədiyi qiyamçılar həyata keçiriblər.

Rusiyanın RT telekanalı bildirib ki, “Rusiyanın Suriyadakı bazalarına son dron hücumları İdlib yaxınlığında Türkiyə tərəfindən dəstəklənən qiyamçı qüvvələrin nəzarətində olan ərazidən edilib”.

Bu da xəbər verilir ki, Moskva bu hadisə ilə bağlı şikayətlərini Türkiyəyə bildirib. Bəzi məlumatlara görə, hərbi bazalara dron hücumu yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilib.

Rusiya hərbiyyəsi bildirir ki, hücumlar Suriyanın İdlib regionundakı Müəzzəra məntəqəsindən qaynaqlanıb.

Son həftə ərzində Rusiya və Suriya İdlib əyalətinin bombardmanını intensivləşdiriblər. Bu bombardmanlar nəticəsində çox sayda mülki şəxsin həlak olduğu bildirilir. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Suriyada qələbə elan etməsinə baxmayaraq İŞİD İdlib vilayətinin müəyyən hissələrini yenidən ələ keçirib.

Məqalədə deyilir ki, Rusiyanın Türkiyəni ittiham etməsi maraqlı görünür, çünki son bir il ərzində Moskva və Ankara qarşılıqlı münasibətlərini xeyli yaxşılaşdırmışdılar.

“Biz bəzən paytaxtlarda oturan hökumətlərin dəstəklədikləri qiyamçı qruplaşmalar üzərindəki nəzarətinin dərəcəsini şişirdirik, – “Business Insider” saytına CNA araşdırma mərkəzinin eksperti Dmitri Qorenburq deyib, – ABŞ-la münasibətlərinin çox pis olması nəzərə alınarsa, belə bir şəraitdə çətin ki, Türkiyə Rusiyaya arxa çevirsin”.

Buna baxmayaraq, özünün Suriyadakı hərbi bazalarına dron hücumuna görə əvvəlcə ABŞ-ı ittiham edən Rusiya indi tənqid hədəfini Türkiyənin üzərinə keçirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Hmeymim və Tartus bazalarına dron hücumunun əlaqələndirilməsinə ABŞ-ın dəstək verdiyini deyirdi.

Rusiya MN bunu da əlavə edirdi ki, bu dron hücumları ilə eyni vaxtda ABŞ-ın kəşfiyyat təyyarəsi də Suriya üzərində uçurdu. Moskvanın qənaətinə görə, dronların hərəkəti bu təyyarədən idarə olunub.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Eric Pahon “Business Insider” saytına deyib ki, “Rusiyanın bazalarına ABŞ və ya hər hansı başqa koalisiya üzvünün hücum etdiyini söyləmək ən azı məsuliyyətsizlikdir”. O deyib ki, bu iddialar tamamilə cəfəngiyyatdır.

Qorenburq isə deyib ki, “bu super mükəmməl hücum deyildi” və bazalar üzərinə belə hücumu qiyamçıların özləri də, kənar dəstək olmadan həyata keçirə bilərdilər.

Doğrudan da, Rusiya Müdafiə Nazirliyinin yaydığı fotolardan dronların taxta parçalarından düzəldildiyi və onlara bağlanmış partladıcıların bəsit olduğu görünür.

“Mənim qənaətim budur ki, Rusiya, sadəcə olaraq bu hücumdan pərtlik yaşayır və buna görə də Müdafiə Nazirliyi hücumu hansısa “böyük dövlətin” ayağına yazmağa çalışıb.

Bu hücum üçün heç bir qruplaşmanın məsuliyyəti öz üzərinə götürməməsi də qəribə görünür.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.