2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya təcridxanasında Krımdan olan tatar fəal ölüb

Rusiyanın Rostov vilayətinin Novoçerkask şəhərində Krımdan olan tatar fəalı Cəmil Qafarov vəfat edib. Rusiya məhkəməsi onu “Hizbut-Təhrir” təşkilatının fəaliyyətinə bağlılıqda təqsirli bilib. Rusiya bu qurumu terrorçu sayır.

Saytların yığılması Saytlarin yigilmasi

Qafarovun ölüm xəbərini Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov yayıb.

Qafarovun 60 yaşı vardı. Ona böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu, 2022-ci ilin noyabrında ürək tutması keçirmişdi. Qafarov təcridxana administrasiyasının ona tibbi xidmət göstərməkdən imtina etdiyini deyirdi. Vəkilləri təcridxanada vəziyyətin Qafarovun həyatı üçün təhlükəli olduğunu deyirdi.

“O, özünü pis hiss etdiyini, gündə iki dəfə ağrıları tutduğunu deyir… Deyir ki, ona hansısa dərmanları verirlər, amma onları gərək həkim məsləhətiylə içsin, çünki böyrək çatışmazlığı var. Hətta danışanda ayağa qalxmır”, – Qafarovun vəkili Emil Kurbedinov yanvarda deyirdi.

Cemil Qafarov isə Rusiya koloniyasına köçürülmə mərhələsini gözlədiyini deyirdi.

“Etapdan çıxıb-çıxmayacağım aydın deyil. Məgər məni aylarla etap edəcəklər? Getmək çox çətin olacaq”, – o, vəkilinə deyibmiş.

Rusiya hələlik, Qafarovun ölümü haqda məlumat yaymayıb.

2023-cü il yanvarın 11-də Krım tatarları Alim Kərimov, Seyran Murtaz, Erfan Osmanov, Cəmil Qafarov və Sərvət Qazıyev “Krım müsəlmanları” işi üzrə 13 illik azadlıqdan məhrum ediliblər. Rusiya məhkəməsi onları terrorçu fəaliyyətlə əlaqəli olmaqda təqsirli bilib.

Qafarov 2019-cu ildə Ukraynanın Moskva tərəfindən ilhaq olunmuş Krım vilayətində saxlanıb. “Memorial” insan haqları mərkəzi Krım tatarları olan fəalları, o cümlədən Qafarovu siyasi məhbus kimi tanıyıb.

24 saat” “
Rusiya təcridxanasında Krımdan olan tatar fəal ölüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button