Now Reading:
Rusiya Tacikistana tank və vertolyotlar göndərdi

Rusiya istehsallı hərbi və hərbi-texniki avadanlıqların bir hissəsi bu gün Düşənbəyə çatdırılıb.

Trend-in məlumatına görə, hərbi texnikanın göndərilməsində məqsəd Tacikistan-Əfqanıstan sərhədlərinin mühafizəsidir.

RF Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəisi, general-leytenant Aleksandr Kişmovski bildirib ki, bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək.

Tacikistana göndərilən hərbi texnikalar arasında T-72B1, ZTR-80, ZTR-70 tankları, Piyada döyüş maşını-2, Mi-24, Mi-8 vertolyotları, D-30 haubitsaları, zenit qurğuları, topoqrafik avadanlıqlar, zirehli texnikanın ehtiyat hissələri, rabitə vasitələri və digərlərinin adı çəkilir.

A.Kişmovski 2017-ci ildə Rusiyanın Tacikistana 122 milyon dollar dəyərində hərbi təyinatlı məhsul tədarük etdiyini vurğulayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.