SEÇMƏ

Rusiya “Taxıl dəhlizi” sazişində iştirak edəcəyini açıqlayıb

Yayımlandı: 2 Noyabr 2022 19:35

Sabah Ukrayna limanlarından 8 taxıl yüklü gəminin yola düşəcəyi bildirilir

Rusiya hökuməti “Taxıl dəhlizi” sazişində iştirakını bərpa edir.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiya tərəfi Ukraynadan yazılı təminat alıb – Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.

Qeyd olunub ki, Rusiya tərəfi Ukraynadan yazılı təminat alıb – Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.

Ukrayna rəsmi şəkildə əmin edib ki, dəniz humanitar dəhlizindən yalnız Qara dəniz təşəbbüsünün müddəalarına uyğun istifadə olunacaq. Rusiya hökuməti alınan təminatı kifayət hesab etdiyi üçün sazişin həyata keçirilməsini bərpa edir”, – Rusiya MN-nin məlumatında qeyd olunub.

Təkrar sövdələşmənin BMT və Türkiyənin vasitəçiliyi ilə mümkün olduğu bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də parlamentdəki partiya qrup toplantısında deyib ki, Putinlə danışıqlardan sonra razılıq əldə olunub.Ərdoğan jurnalistlərin taxıl dəhlizi ilə bağlı Rusiya Prezidentini necə yola gətirməsinə dair sualına “Əvvəlcə Baydenə, sonra isə sizə danışacağam”, – cavabını verib.

Rusiya Xarici İşlər Nazirliyi 2022-ci il oktyabrın 29-da Ukraynadan taxıl məhsullarının ixracına dair razılaşmanı qeyri-müəyyən müddətə dayandırdıqlarını və Rusiya tərəfinin artıq dəhlizdən keçən mülki gəmilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıqlayıb. Bildirilib ki, Ukrayna taxıl ixracı üçün yaradılmış humanitar dəhlizdən pərdə kimi istifadə edərək, Sevastopoldakı hərbi-dəniz bazasında Rusiya Qara Dəniz Donanmasının gəmilərinə və infrastrukturuna pilotsuz uçuş aparatları ilə kütləvi hava və dəniz hücumları həyata keçirib.

2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar. İstanbulda imzalanan taxıl sazişinin dünya bazarında qiymətlərə təsir edəcəyi proqnozlaşdırılıb.

“Taxıl dəhlizi” sazişi çərçivəsində 2022-ci il noyabrın 3-də Ukrayna limanlarından 8 taxıl yüklü gəmi yola düşəcək.Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib.

Qeyd edib ki, bununla bağlı Ukrayna tərəfi BMT-dən təsdiq alıb və sabah gəmilər İstanbul boğazı keçidində yoxlanılacaq.



Meydan TV

Gözdən qaçırmayın:  Sabiq naziri Soçi bəyanatının kodlarını açdı: “Ən vacib detal budur…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button