2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya Tixanovskayanı axtarışa verib


Rusiya hökuməti Belarus prezidentliyinə namizədlərdən biri olan müxalifət lideri Svyatlana Tixanovskayanı axtarışa verib.

O həyatına təhlükə olduğunu bildirərək Belarusu tərk edib və qonşu Litvaya sığınıb.

AzadlıqRadiosunun Rus xidməti Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yazır ki, onun Cinayət Məcəlləsi əsasında axtarışa verildiyi bildirilsə də, bunun məhz hansı maddə üzrə olduğundan söz açılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Belarusda Tixanovskayaya qarşı cinayət işi açılıb. O “milli təhlükəsizliyə hədə yaradan hərəkətlərə çağırışda” ittiham olunur.

Hazırda Litvada olan Tixanovskaya sərbəst şəkildə başqa ölkələrə səfərlər edir, Avropa İttifaqının liderləri ilə görüşlər keçirir.

Svyatlana Tixanovskaya avqustin 9-da Belarusda keçirilən prezident seçkisində müxalifətin vahid namizədi idi.

Prezidentliyini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanın bir çox başqa rəqibləri, o cümlədən Tixanovskayanın əri də seçkiyə buraxılmamışdı.

Onlara qarşı da cinayət işləri açılıb və onlar hazırda həbsxanadadırlar.

 

Etirazlarda 4 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir

Belarus Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi rəqəmlərə görə Tixanovskaya bu seçkidə 10 faizdən bir qədər çox səs qazanıb.

Rəsmi nəticələrə görə Lukaşenka səslərin 80 faizini toplayıb. Müxaliffət bunun böyük saxtakarlıq sayəsində mümkün olduğunu iddia edir.

Bu səbəbdən də avqustun 9-dan Belarus şəhərlərində Lukaşenkanın istefasını, seçki nəticələrinin ləğvini tələb edən kütləvi etiraz aksiyaları dayanmaq bilmir.

Polis bu aksiyaları zorakılıqla yatırmağa çalışır. İndiyədək ən azı 4 nəfərin həlak olduğu, 6 nəfərin itkin düşdüyü xəbər verilir.

Həbs edilənlərin və saxlananların dəqiq sayı məlum deyil. Lakin onların minlərlə olduğu deyilir.

Avropa İttifaqı və ABŞ Belarus seçkisinin və Lukaşenkanın legitimliyini tanımadığını bildirib.

Kreml bu qarşıdurmada Lukaşenkanı dəstəklədiyini bəyan edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button