2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Rusiya tonlarla Azərbaycan məhsulunu geri qaytardı

Rusiya qurumları məhsulların Azərbaycana aid olmadığını iddia edir.
Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarını geri qaytarır. Azərbaycandan qonşu Rusiyaya kənd təsərrüfatı məhsullları aparan fermerlərin qonşu ölkədə ciddi problemləri ortaya çıxıb.

Belə ki, kəndlinin, fermerin min bir əziyyətlə yetişdirdiyi məhsul qonşu ölkənin müvafiq qurumları tərəfindən geri qaytarılır. Buna səbəb kimi isə həmin məhsulların guya Azərbaycan məhsulları olmadığı iddia edilir və indi azərbaycanlı fermerlərdən aldığımız məlumata görə, indiyədək 1000 tona yaxın Azərbaycan məhsulu xarab olaraq qonşu ölkədən ölkəmizə qaytarılıb.

Azərbaycanlı iş adamları respublikamızın ayrı-ayrı rayonlarında becərilmiş məhsullara əsassız olaraq Türkiyə, Ermənistan, Gürcüstan mənşəli diaqnoz qoyulmasını haqsızlıq hesab edərək Azərbaycanın müvafiq qurumlarının onlara bu işdə təcili kömək etmələrini tələb edirlər. Bu mövsüm Azərbaycandan dəmiryolu ilə Rusiyaya göndərdiyi məhsullardan 500 tonunun geri qaytarıldığını bildirən şəmkirli fermer Tahir Hüseynov Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin kəndlinin Rusiyaya apardığı pomidor, badımcan kimi tərəvəz məhsullarının həqiqətən azərbaycan mənşəli olmasına aydınlıq gətirməsini vacib sayır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button