2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Rusiya Türkiyə ilə danışıqları dondurdu – Şok

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dondurub.

Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “İzvestiya” nəşri çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetin XİN-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ayrıca Rusiya hökuməti Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.

“Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğvinə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button