2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya -Türkiyə münasibətlərindəki psixoloji faktorlar

Bu dostluq görüntüsünün əsas səbəbini Türkiyədə baş vermiş uğursuz hərbi çevrilişdə axtarmaq lazımdır

Türkiyə ilə Rusiya arasındakı gərginlik Suriya böhranı ilə əlaqədər yaransa da, Rusiyaya məxsus “Su-24” qırıcılarının Türkiyə hava məkanını pozması və buna qarşı Rus qırıcılarının Türk qoşunları tərəfindən vurulması iki ölkə arasındakı əlaqələri son dərəcə gərginləşdirdi. İki dövlətin bir-birinə qarşı tətbiq etdiyi iqtisadi embarqoların ardınca liderlərin bir-birini terrorizmi dəstəkləməkdə ittiham etməsi iki ölkənin sürətlə qarşı-qarşıya gəlməsindən xəbər verirdi.

Bu gərginlik ilk olaraq Rusiyanın Krımı işğal etməsi ilə özünü biruzə versə də, gərginliyin əsas səbəbi iki dövlətin Suriya ilə bağlı mövqelərindəki kəskin fərqlər idi. Suriya məsələsində Türkiyəni narahat edən ən əsas məsələ Bəşər Əsədin hakimiyyətdən getməsi və Suriyanın ərazi bütövlüyünün təmin edilməsidir. Ərazi bütövlüyü məsələsində Türkiyəni narahat edən ən əsas amil əslində, kürd problemidir. Türkiyə tərəfi düşünür ki, Suriyada yaşayan və son döyüşlərdə aktivliyi ilə seçilən kürdlər PKK-dan dəstək alaraq öz dövlətlərini qurmaq niyyətindədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bəşər Əsədin hakimiyyətdən getməsi Rusiyanin birbaşa mövqeyinə zidd olsa da, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində Türkiyə ilə mövqeləri müəyyən qədər üst- üstə düşür. Bəşər Əsəd rejiminə qarşı münasibətlərdəki fərq tərəfləri fərqli dəstələrə dəstək verməyə sövq edir. Belə ki, Rusiya açıq şəkildə Əsəd rejiminə dəstək versə də, Türkiyənin Əsəd rejiminə və kürdlərə qarşı vuruşan İŞİD qüvvələrinə dəstək verməsi bir çox ekspertlər tərəfindən iddia edilir. Türkiyə Rusiya iqtisadiyyatının sanksiyalar hesabına zəifləməsini əsas götürərək, son dərəcə sərt addımlar atmaqdan belə çəkinmirdi. Bəs, münasibətlərdəki istiləşmə nə ilə izah oluna bilər? Doğrudanmı Rusiya-Türkiyə münasibətləri mavi ekranlarda təqdim olunduğu kimi tərəfdaşlıq mərhələsinə qədəm qoyub?

Bu dostluq görüntüsünün əsas səbəbini Türkiyədə baş vermiş uğursuz hərbi çevrilişdə axtarmaq lazımdır. Diktaturaya meyilli olan rejimlər üçün xarici tərəfdaş daxili dəstəkdən daha vacibdir və bu, həmin rejimlərin sağ qalmasını təmin edən əsas amillərdən biridir. Məhz bu səbəbdən də diktaturalar xarici tərəfdaşlarla münasibətlər yaratmaq üçün kifayət qədər resurslar xərcləməkdən belə çəkinmirlər, lakin AKP partiyasının ölkə daxilindəki dayaqları iki səbəbdən son dərəcə güclüdür. Birinci səbəb ondan ibarətdir ki, Ərdoğan ona qarşı olan siyasi qüvvələrin əsas nümayəndələrini həbs edib və ölkə mətbuatı üzərində kəskin senzura tədbiq etməkdədir. İkinci səbəb isə Ərdoğanın ortaya qoyduğu ideologiya ilə izah oluna bilər.

Dünyada ən güclü və asanlıqla radikallaşa bilən ideologiyalar məhz dinə və etnik mənsubiyyətə söykənən ideologiyalardır. Ərdoğanın irəli sürdüyü ideologiya həm etnik (türkçülük), həm də dini (islam) elementlərini özündə birləşdirərək, Türkiyə daxilində böyük nüfuza və dayağa malikdir. Türkiyədə hakimiyyətə qarşı uğursuz sui-qəsdə qərb dövlətlərinin qeyri-adekvat reaksiyası və Rəcəb Tayyib Ərdoğanın bu hadisədən istifadə edərək minlərlə insanı həbs etməsi Qərb tərəfdaşları tərəfindən müsbət qarşılanmadı və AKP hökumətini təcrid olunmuş duruma saldı. Ərdoğanın Putinlə münasibətlərinin bu cür tələsik və utancverici bir formada normallaşdırması əslində onun daha çox diktatorluğa meylli olmasından xəbər verir və beynəlxalq aləmdən təcrid olunması qorxusundan doğur.

İki ölkənin Suriya siyasətindəki kəskin fərqlərin aradan qalxmaması münasibətlərdəki istiləşmənin sadəcə psixoloji faktorlardan meydana gəlmədiyini göstərir. Avqustun 15-də BMT Təhlükəsizlik Şurasında keçirilən qapalı danışıqlarda Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin Türk nümayəndələrinə qarşı terrorizmi dəstəkləmək və bu dəstələri silahla təmin etmək kimi ağır ittihamlar səsləndirməsi, əslində münasibətlərin göstərildiyi qədər istiləşmədiyindən xəbər verir. Qapalı görüşdə iştirak edən bir diplomatın “Foreign Policy” (“Xarici siyasət”) jurnalına verdiyi məlumatda o da qeyd edilir ki, Putin Türkiyəni təcili olaraq Suriya siyasətinə müəyyən dəyişikliklər etməyə və Əsədə qarşı vuruşan dəstələrə yardım etməməyə çağırır.

Türkiyənin bu prinsipial mövqeyindən çəkinməsi və Rusiyaya güzəştə getməsi Ərdoğanın beynəlxalq aləmdən təcrid olunma qorxusunun dərəcəsindən asılıdır. Bu qorxunun dərəcəsi çox olduğu təqdirdə, Ərdoğanın diktatorlar tərəfindən dar günün dostu kimi tanınan Putinə güzəştə gedəcəyini ehtimal etmək olar. Qeyd etmək lazımdır ki, Putinin əsas “dostları” ölkə daxilindəki bütün dayaqlarını itirmiş və hakimiyyətdə qalmaq üçün yalnız Putinə borclu olan siyasi rejimlərdir. Hal-hazırda Ərdoğanın ölkə daxilindəki dayaqlarının güclü olması səbəbindən bu siyahıya aid olunmaması Putin üçün vəziyyəti müəyyən qədər ağırlaşdırır, lakin Ərdoğanın repressiv siyasəti nəticəsində ölkə daxilindəki vəziyyət gələcəkdə kəskin dəyişə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button