2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək

“Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz”.

Bunu bazar günü İstanbulda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
“Ümumilikdə vizasız mübadilə haqqında məsələ çox mürəkkəbdir, çünki bu, həmçinin son terror aktları (Türkiyədə – red.) ilə bağlı olan təhlükəsizlik məsələlərinə dayanır. Biz risklərin ərazimizə ixracını istəməzdik”, – deyə nazir əlavə edib.
O bildirib ki, Rusiyanın yeganə müzakirə edə biləcəyi məsələ işgüzar səfərlər üçün vizasız rejimdir.
“Bu da sadə məsələ deyil, lakin biz onun üzərində işləməyə hazırıq”, – deyə Ulyukayev bildirib.(Report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button