2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rusiya Türkiyəni daha çox öz təsirində saxlayacağını düşünərək bu addımı atıb”

Mötəbər mənbədənModerator.az-ın əldə etdiyi məlumatda Ərdoğanın çevriliş cəhdindən son anda xilas olmasının əsas səbəbkarı kimi Rusiya və İsrail kəşfiyyatından gələn xilasedici informasiyanın həlledici olması barədə saytımızda gedən yazıya

(Həmin yazını bu linkdən oxumaq olar—moderator.az/news/144829.html) təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl şərh verib. Ekspert saytın əməkdaşının “Sayta daxil olan bu məlumat nə dərəcədə ağılabatandır? Yaxud Rusiyaya və İsrailə Ərdoğan iqtidarı bu qədərmi sərf edir? Əksinə, hər iki dövlət Türkiyənin xaosa sürüklənməsində maraqlı olmamalıdırmı?” sualına aşağıdakı cavabı verib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və İsrail kəşfiyyatları tərəfindən baş verəcək hərbi dövlət çevrilişi barədə son anda məlumatlandırması mümkündür. Ərdoğanın sağ qalması və televiziyalar vasitəsilə xalqa müraciət etməsi, özünün də təhlükəsiz yerdə olması çevrilişin qabağını alan əsas şərtdir. Xalqın küçələrə axışıb hərbçilərə qarşı dirəniş göstərməsini Ərdoğanın fiziki sağlığına bağlamaq lazımdır. Rusiya və İsrailin  Türkiyə ilə münasibətlərində bir müddət idi ki, xüsusi gərginlik yaşanırdı və son günlərdə yaranmış barışıq və yaxınlaşma şərtlərdən biri olsa da hesab edirəm ki, kəşfiyyat məlumatının zamanında ötürülməsi yalnız barışığa görə deyil. Rusiya üçün Türkiyəni hər zaman təsirində saxlamaq, Türkiyəni ABŞ təsirindən maksimum uzaqlaşdırmaq həyati vacib məsələdi və Türkiyənin coğrafi mövqeyi, geopolitik təsir imkanları Rusiyanın onunla dost münasibətdə olmağa məhkum edir. Münasibətlərdə soyuqlugun keçəri amil olduğu dövlətçilikdə məlum məsələdi və strateji maraqlar yaxınlaşmanı, normal münasibətlər saxlamağı tələb edir. Əgər iddialar doğrudursa, deməli Rusiya Ərdoğana bununla minnət vuracağını, Türkiyəni daha çox öz təsirində saxlayacağını düşünərək bu addımı atıb. Avqustda nəzərdə tutulan dövlət başçılarının görüşündə biz bunun şahidi olacağıq. İsraillə də münasibətlərin gərgin olmasına baxmayaraq bölgədə ərəb dövlətləriylə əhatə olunmuş İsrailin Türkiyədən qeyri strateji müttəfiqi olmadığını yaxşı bilirlər. Ona görə İsrail kəşfiyyatının da Ərdoğanı çevriliş barədə məlumatlandırması tamamilə mümkündür. Burda saytın da qeyd etdiyi kimi Türkiyə başqa nüansa da diqqət yetirməlidi. Hər iki dövlətin texniki imkanları imkan verir ki, hərbçilərin hərəkətlənməsini, aviasiyanın uçuşlarını qeyd etsin, müşahidə etsin. Amma bu hərəkətlənmənin arxasında çevrilişin dayandığını mütləq insan – yəni kəşfiyyatın informasiya mənbəyi ötürüb. Türkiyə təhlükəsizlik xidmətinin qarşısında vacib vəzifə durur. Mənbələri aşkar etmək. Çətindir, amma mümkündür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button