2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Rusiya Türkiyəyə qarşı müharibə elan edə bilər

19 Dekabr 2016-cı il tarixində Rusiyanın Türkiyədəki səfirinin terror nəticəsində öldürülməsi iki dövlət arasında münasibətləri korlaya bilər. Belə ki, səfiri öldürülən dövlət qarşı tərəfə müharibə elan edə bilər. Tarixə nəzər salsaq,  I Dünya müharibəsinin başlamasının səbəbi də məhz 1914-cu ildə Sarayevoda baş vermiş qətl olub. Həmin ilin iyun ayının 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstanın səfiri vəzifəsini icra edən taxt-tacının vəliəhdini öldürmüşdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan edib və nəticədə ilk Dünya savaşı meydana çıxıb.

Hazırda dünyada cərəyan edən hadisələr, o cümlədən Rusiya-Türkiyə münasibətlərinin yenidən yaxınlaşması Qərb dünyası üçün böyük təhlükə yaratdığından yenidən eyni ssenarinin təkrarlanması üçün planlar qurula bilər. Təbbi ki, hazırki dönəmdə Rusiyanın məlum qətlə görə Türkiyəyə müharibə elan edəcəyi o qədər də inandırıcı görünmür. Lakin artıq Rusiyada bəzi siyasətçilərin belə təkliflə çıxış etməsi də gözardı edilməməlidir. Xatırladaq ki, dünən Rusiya Radikal Partiyasının sədri Oleq Lyaşko belə bir təkliflə şıxış edib.

Xatırladaq ki, bir ölkənin səfirini qorumaq onun qonaq ölduğu dövlətin öhdəliyinə düşür. Bu baxımdan Rusiyanın hər an Türkiyəni ittiham edə biləcəyi ehtimalı da az deyil.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button