2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya-Ukrayna müharibəsində beş mümkün variant

Mənbə: Foreign Policy

Tərcümə: Novator

Rusiya-Ukrayna müharibəsi nə ilə nəticələnə bilər? Sovet liderlərinin bioqrafı kimi tanınan politoloq Uilyam Taubman ABŞ-ın “Foreign Policy” jurnalında dərc etdirdiyi məqalədə bir neçə mümkün ssenaridən söz açır: “Ssenarilərdən biri budur ki, Rusiya çox ciddi uğursuzluqlara düçar olacaq. Hətta vəziyyət o yerə çatacaq ki, Putin ya devriləcək, ya da müharibədə məğlubiyyətini etiraf edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq keçmiş sovet rəhbərləri Nikita Xruşşovun və Mixail Qorbaçovun bioqrafı kimi sizi əmin edə bilərəm ki, Putin bu kommunist liderlərdən daha güclüdür.

Kommunist Partiyasının Siyasi Bürosu Xruşşovu ilk dəfə 1957-ci ildə devirmək istəmişdi. Amma həmin vaxt o, rəqiblərini üstələməyi bacardı. İkinci dəfə, 1964-cü ildə isə kommunistlər Xruşşovu devirməyə nail oldular.

1991-ci ilin avqustunda yüksək rütbəli partiya, hökumət adamlarının, hərbçilərin, təhlükəsizlik məmurlarının Mixail Qorbaçova qarşı çevriliş cəhdi uğursuz alındı və ancaq həmin cəhd dekabrda onun istefasına yol açdı.

İndiyədək Putinə qarşı belə əməliyyatlar keçirilməyib və keçiriləcəyi də real görünmür. İndi Rusiyada Kommunist Partiyasının Siyasi Bürosu və ya Mərkəzi Komitə kimi heç olmasa nəzəri gücə malik bir orqan da yoxdur ki, Putini vəzifədən uzaqlaşdırsın.

Azad və ədalətli seçkilərdən danışmağa dəyməz. Hərbi çevrilişlərə gəlincə, çağdaş Rusiyada, o cümlədən SSRİ vaxtı belə hadisələr baş verməyib.

Putinin məğlubiyyətini etiraf etməsinə gəlincə, onun bütün həyatı bunu etməmək düşüncəsi üzərində formalaşıb.

İkinci ssenari Rusiyanın Ukraynaya qalib gəlməsidir. Putin də elə buna ümid edir. Amma indiyədək bu baş verməyib və Qərbin Kiyevə dəstəyi davam edərsə, o zaman bu ssenarinin reallaşacağı ehtimalı çox azdır.

Üçüncü ssenari ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin təklif etdiyi və yəqin ki, Fransa prezidenti Emmanuel Makron kimi Avropa liderlərinin də dəstəklədiyi bir kompromisdir. Söhbət fevralın 24-dək mövcud olmuş vəziyyətə, status-kvoya qayıdılması məsələsindən gedir.

Bəs bu variant Putinə uyğun gələ bilərmi? O, nəhəng təbliğat aparatından istifadə edərək bunu qələbə kimi qələmə verə bilməsə, yəqin ki, yox. Hətta Putin razılaşsa belə, amansız hücuma məruz qalmış Ukrayna buna razılaşa və ya razılaşmaq iqtidarında ola bilərmi?

Dördüncü ssenari müharibənin davam etməsidir. Təəssüf ki, bu, daha inandırıcı bir ssenaridir, çünki bu variant Putinin xislətinə uyğundur. Yəqin ki, rusiyalıların da çoxu məhz bunu gözləyir.

Ukrayna müharibəsinin elə bu qaydada davam edəcəyi, yoxsa Rusiya-Gürcüstan və ya Ermənistan-Azərbaycan münaqişəsində olduğu kimi dondurulmuş bir münaqişəyə çevriləcəyi bəlli deyil. Lakin Ukraynada törədilən bunca vəhşilikdən və həm orada, həm Rusiyada səpilmiş düşmənçilik toxumundan sonra döyüşlərin tamamilə səngiyəcəyini təsəvvür etmək çətindir.

Beşinci ssenari Putinin aşkar məğlubiyyətin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün nüvə silahından istifadə etməsi ola bilər. Əvvəllər Putinin nüvə silahına əl atacağını düşünənlərin sayı az idi. Amma o da var ki, hətta Ukrayna sərhədinə 200 minə yaxın qoşun cəmlədikdən sonra da Putinin hücuma keçəcəyini gözləyənlərin sayı çox olmayıb. İndi Putin doğrudan da bu qədər qəddardırsa, onun nüvə silahına əl atmayacağına kim zəmənət verə bilər?

Putinin bu üsula keçib-keçməyəcəyi bir çox amildən asılıdır. O, Rusiya hərbi doktrinasında geniş müzakirə olunan “eskalasiya naminə eskalasiya” ideyasını həqiqətən tətbiq edəcəkmi?

O, kiçik bir taktiki nüvə silahının partlamasının genişmiqyaslı nüvə müharibəsinə gətirib çıxarmayacağına tam əmin ola bilərmi?

Putin 1945-ci ildən bəri nüvə silahının istifadəsinə yasaq qoyan müqaviləni pozarmı? Ümid edək ki, yox.

Ancaq Putin belə bir addımı alçaldıcı məğlubiyyətdən qaçmağın yeganə yolu kimi görərsə, onda nə vaxtsa ağlımıza gəlməyən başımıza da gələ bilər”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.

24 saat” “Rusiya-Ukrayna müharibəsində beş mümkün variant” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button