Dünya

Rusiya Ukrayna şəhərlərinə dron zərbələri endirir

Britaniya kəşfiyyatı oktyabrın 18-də Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib

Oktyabrın 19-da səhər Rusiya qüvvələri Ukraynanın cənubundakı Nikolayev vilayətinə kamikadze dronları ilə zərbələr endirib. Bir həftədən çox davam edən hava zərbələri Ukraynada elektrik stansiyalarının üçdə birini dağıdıb, mindən çox şəhər və kənddə elektrik kəsilib.

Ukrayna ordusunun cənub komandanlığının oktyabrın 19-da bildirdiyinə görə, ötən gecə 12 dron vurulub.

Bir gün öncə Rusiyanın Kiyevdə elektrik stansiyasına zərbəsi nəticəsində üç nəfər həlak olub. Xarkov və Dneprdə də enerji infrastrukturu vurulub.

Prezident Volodimir Zelenski oktyabrın 18-də gecə çıxışında deyib ki, son bir həftədə Rusiyanın hava zərbələri Ukraynada elektrik stansiyalarının 30 faizini dağıdıb. Energetika Nazirliyi yüzlərlə yaşayış məntəqəsinin işıqsız qaldığını bildirir. Bu məntəqələrin sayı 1162-dir.

Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumda İran istehsalı olan dronlardan istifadəsi onu göstərir ki, onillər boyunca hərbi-sənaye kompleksinə milyardlarla dollar xərcləməsinə baxmayaraq, Rusiya siyasihərbi baxımdan iflasa uğrayıb.

“Sonucda onlar sadə dronlar və raketlər əldə etmək üçün Tehrana boyun əydilər”,Zelenski vurğulayıb.

“Bu sadəcə, dünyaya bir daha Rusiyanın məğlubiyyətə doğru getdiyini, daha bir cinayət ortağını bu terrora cəlb etməyə çalışdığını göstərəcək”, Zelenski bildirib.

İran Rusiyaya dron vermədiyini deyir. Kreml isə İranın kamikadze dronlarından istifadə edilməsindən xəbəri olmadığını bildirir.

Britaniya kəşfiyyatı isə oktyabrın 18-də Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib. ABŞ Dövlət Departamentinin məlumatına görə, oktyabrın 17-də Kiyevə hücumda İran dronları işlədilib.

NATO bir neçə günə Ukraynaya havadan müdafiə sistemləri çatdırılacağını açıqlayıb.

Bu arada Rusiyanın Ukraynadakı qüvvələrinin komandiri cənubi Xerson şəhərində vəziyyətin “çətin” olduğunu, sakinlərin köçürüləcəyəni açıqlayıb.

24 saat” “
Rusiya Ukrayna şəhərlərinə dron zərbələri endirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Oğullarını gizlətməyə çalışan belaruslu analar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button