2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Ukraynada dəmiryol stansiyasını raketlə vurub: 25 nəfər həlak olub

Yayımlandı: 25 Avqust 2022 13:19

31 nəfərin yaralandığı deyilir

Rusiya hərbçilərinin Dnepropetrovsk vilayətindəki Çaplino dəmiryol stansiyasına raket zərbəsi endirməsi nəticəsində ikisi uşaq olmaqla 25 nəfər həlak olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə avqustun 25-də Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko “Telegram” kanalında məlumat paylaşıb.

K.Timoşenko əlavə edib ki, 11 yaşlı uşaq evin dağıntıları altında, digər 6 yaşlı uşaq isə vağzal yaxınlığında avtomobildə baş verən yanğın zamanı ölüb: “Düşmənin hücumu nəticəsində 31 nəfər yaralanıb”.

O, Çaplino kəndində xilasetmə və axtarış işlərinin yekunlaşdığını bildirib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button