2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Ukraynanı raket, dron atəşinə tutub

Ötən gecə Rusiya ordusunun Ukraynanı raket və dron zərbələrinə məruz qoyması hava həyəcanı və havadan müdafiə sisteminin işə düşməsinə səbəb olub. Məlumatı Ukrayna rəsmiləri fevralın 16-da yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak Telegram-da yazır ki, ölkənin şimal və qərbində müəyyən ərazilər, eləcə də mərkəzdə Dnepropetrovsk və Kirovohrad vilayətləri vurulub. Yermak havadan müdafiə sistemlərinin qeyri-müəyyən sayda raket və dron vurduğunu bildirib. İtki olub-olmadığı bəlli deyil.

Ukraynanın qərbi Lvov vilayətinin hərbi administrasiya başçısı Maksim Kozitskinin dediyinə görə, ötən gecə Rusiyanın hücumu nəticəsində regionda “kritik infrastruktur obyekti” vurulub.

Bu hücumlar ölkənin şərqində döyüşlərin qızışması xəbərləri fonunda gerçəkləşib. Aylardır Rusiya artilleriyası, dronları və raketləri Ukraynanın nəzarətində olan əraziləri atəşə tutur, mülki hədəflərə fərq qoymadan zərbələr endirir, dağıntılar törədir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 16-da gündəlik brifinqdə bildirib ki, ölkənin şərqində 15 yaşayış məntəqəsinə Rusiyanın hücumları dəf olunub.

Donbas sənaye vilayətini təşkil edən Donetsk və Luqansk Rusiyanın bombardmanından daha çox ziyan görüb. Moskvanın həmin ərazilərə daha çox qoşun yeritməsi haqda xəbərlər gəlir.

Fevralın 15-də Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində altı dinc sakin öldürülüb, 13 nəfər yaralanıb. Bunu Donetskin qubernatoru Pavlo Kirilenko fevralın 16-da Telegram-da yazıb.

Rusiya işğalçı qüvvələri fevralın 15-də döyüş zonasında müəyyən uğur əldə etdiklərini, şərqi Luqansk vilayətində Ukraynanın iki müdafiə xəttini yardıqlarını, Ukrayna əsgərlərini üç kilometr geri oturtduqlarını deyiblər.

Moskvanın iddiasını müstəqil təsdiqlətmək mümkün olmayıb. Ukrayna rəsmiləri də məlumatı şərh etməyiblər.

Kiyev hərbi administrasiyasının məlumatına görə, fevralın 15-də paytaxt üzərində altı kəşfiyyat şarının uçduğu aşkarlanıb, “onların çoxu” vurulub.

Bu arada Müdafiə naziri Oleksey Reznikov deyib ki, ölkəsinin qüvvələrinə Qərbin yeni silahlardan istifadəni öyrənməsi üçün “hələ bir neçə ay” lazım gələcək, bundan sonra onlar rusiyalıları Ukraynadan çıxarmağa cəhd edə bilərlər.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə fevralın 15-ində Dövlət Dumasında çıxışında bildirir ki, Qərbin Kiyevin müharibə cəhdinə dəstəyi öncədən planlaşdırılmışdı, “illərin hazırlığından sonra ABŞ və peykləri hərtərəfli hibrid müharibə aparırlar”.

Lavrovun dediyinə görə, Rusiyanın yenilənmiş xarici siyasət doktrinası tezliklə çap olunacaq, orada “Qərbin beynəlxalq həyatın çərçivələrini müəyyənləşdirməkdə monopoliyasına son qoymağın” vacibliyi vurğulanacaq.

24 saat” “
Rusiya Ukraynanı raket, dron atəşinə tutub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button