2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Ukraynanın şərqində müdafiəni yarmağa çalışır

Yayımlandı: 27 Yanvar 2023 14:14

Kiyev daha çox silah istəyir, ağır sanksiyalar tələb edir

Ukraynanın şərqində döyüşlər şiddətlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu səbəbdən Kiyevin daha çox silah axtardığı bildirilir.

Ukrayna rəsmiləri yanvarın 27-də deyiblər ki, Kiyevin daha çox Qərb silahına ehtiyacı var:

“Rusiya ölkənin şərqində şiddətli döyüşlərlə Ukraynanın müdafiəsini yarmaq cəhdlərini gücləndirib”.

Ukrayna ordusu Rusiya raket və pilotsuz təyyarələrinin ən azı 11 nəfərin ölümünə səbəb olmasından bir gün sonra şiddətli döyüşlərin getdiyini açıqlayıb.

Müttəfiqlərin təzyiqindən sonra Almaniya və Birləşmiş Ştatlar Rusiya qüvvələrinin geri çəkilməsinə nail olmaq üçün Ukraynaya onlarla müasir tank vəd edib.

Bu da Kanada, Polşa, Finlandiya, Norveç və digərlərinin öz öhdəliklərini yerinə yetirmələrinə yol açıb.

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

O bildirib ki, Moskvaya qarşı daha sərt sanksiyalar qoyulmalıdır.

“Ölkəmin müharibənin on ikinci ayında işğalçıları dəf etmək üçün daha çox silaha ehtiyacı var. Bu şər, Rusiya təcavüzü yalnız adekvat silahlarla dayandırıla bilər. Terror dövləti bundan başqa heç nə başa düşməyəcək”, – Zelenski yanvarın 26-da gecə televiziya çıxışında deyib.

“Bizə bu gün döyüş meydanında güclü silahlar lazımdır. Eyni zamanda, hava hücumlarından müdafiə sistemlərinə ehtiyacımız var. Bununla paralel olaraq,  Rusiyaya qarşı yeni sanksiyaların da müharibənin tezliklə bitməsinə təsiri olacaq”, – deyə o bildirib.

Ukrayna ordusu cümə axşamı Rusiyaya məxsus 59 raketdən 47-ni vurduğunu bildirib.

Rusiyanın həmçinin 37 hava hücumu təşkil etdiyi, onlardan 17-də İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarələrindən istifadə edildiyi deyilir.

Ukrayna bütün dronların vurulduğunu iddia edir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin sözçüsü bildirib ki, bir çox bölgəni əhatə edən və onlarla binaya ziyan dəymiş pilotsuz təyyarə və raket zərbələri nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yerli rəsmilər cümə günü Ukraynanın şimalında, şimal-şərqində və şərqində güclü atəşə tutulduğunu, Rusiyanın keçən il fevralın 24-də işğalından sonra ən ağır döyüşlərə səhnə olduğunu bildirdilər.

“Cəbhə xəttində şiddətli döyüşlər davam edir. Müdafiəçilərimiz öz mövqelərini möhkəm saxlayır və düşmənə itkilər verirlər”, – Xarkovun şimal-şərq vilayətinin qubernatoru Oleh Synehubov bildirib.

“Reuters” döyüş sahəsinə dair xəbərləri yoxlaya bilməyib.

Ukraynanın Hərbi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Oleskandr Musiyenko bildirib ki, Rusiya Ukraynanın irəliləyişlərinin qarşısını almaq üçün əlavə qüvvələr göndərir.

“Onlar əsasən, hərbi xidmətə çağırılmış əsgərlərdən ibarət piyada və artilleriya qüvvələrini döyüşə göndərirlər. Lakin onların fevralın 24-də əldə etdikləri artilleriya və tank dəstəyi səviyyəsi yoxdur”, – Musiyenko Ukrayna televiziyasına deyib.

“Onların resursları daha azdır. Onlar öz qoşunlarının say üstünlüyünə arxalanırlar”, – deyə o bildirib.

2022-ci il fevralın sonu Rusiya Ukrayna ərazilərinə genişmiqyaslı hücuma keçib.

Nəticədə bugünədək minlərlə dinc sakin ölüb, milyonlarla insanı evini itirib.

Eyni zamanda, Ukraynanın onlarla şəhəri xarabalığa çevrilib.

Rusiya Donbas bölgəsi kimi tanınan ərazinin böyük hissəsini işğal etdikdən sonra şərqdə daha çox yer qazanmağa və Ukraynanın cənubunda işğal etdiyi torpaq dəhlizini qorumağa çalışaraq, cəbhə xəttləri son iki ay ərzində əsasən donmuş vəziyyətdə qalıb.

Britaniya yanvarın 27-də müntəzəm kəşfiyyat yeniləməsində bildirib ki, Rusiya qüvvələri, ehtimal ki, cənub-şərqdə Orixiv yaxınlığında və şərqdə Vuhledarda kəşfiyyat hücumları həyata keçirib, lakin çətin ki, “əsaslı irəliləyişlər” əldə edə bilsinlər.

Hər iki tərəfin yaz hücumuna başlayacağı gözlənilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button