Loading...
Loading...
Dünya

Rusiya Ukraynaya zərbələri davam etdirir

Ukrayna Prezidenti Volodimir Zelenski “ən nüfuzlu beynəlxalq vasitəçilərin” danışıqlara cəlb olunduğunu söyləyib

Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirir, hərbi hədəfləri və dinc sakinləri atəşə tutur. Bu arada Mariupol şəhərindəki Azovstal polad zavodundan döyüşçülərin çıxarılması üçün danışıqların getdiyi bildirilir.

Ukrayna Müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, döyüşçülərin buraxılması, eləcə də zavodda qalanların çıxarılması üçün danışıqlar davam edir.

“Ən nüfuzlu beynəlxalq vasitəçilər”

Rəsmilər hazırda Azovstal-da neçə adamın qaldığını açıqlamayıblar. Mayın 16-da zavoddan 264 ukraynalı döyüşçü, o cümlədən ağır yaralılar çıxarılıb və Rusiyanın nəzarətində olan əraziyə aparılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “ən nüfuzlu beynəlxalq vasitəçilərin” hazırda danışıqlara cəlb olunduğunu söyləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 18-də bildirib ki, Rusiya qüvvələri şərqdə Donetsk vilayətində hücumları davam etdirir, eyni zamanda Çerniqov və Sumını atəşə tuturlar.

Britaniya Müdafiə Nazirliyinin mayın 18-də yaydığı məlumata görə, Ukraynanın sərt müqaviməti Moskvanı Mariupol və Luqanska minlərlə çeçen döyüşçünü cəlb etməyə vadar edib, bu isə “Ukraynada ciddi resurs problemləri” olduğunu göstərir.

Severodonetsk-Lisiçansk mühasirəyə alına bilər

Rusiya Luqansk vilayətindəki Lisiçansk və Severodonetskə qüvvələr cəlb edir. Bunu AzadlıqRadiosu-nun “Donbas.Realii” layihəsinə təhlilçi deyib.

“Qüvvələrin Severodonetsk-Lisiçansk ərazisinə cəmləşməsinə dair dolayı dəlil əldə edirik… Rusiya qüvvələri bu ərazini mühasirəyə ala bilər”, – “Conflict Intelligence Team”in təhlilçisi Kiril Mixaylov söyləyib.

Ukrayna hakimiyyəti Rusiya ordusunun Severodonetskdə xəstəxananı vurduğunu deyir. “Bina demək olar ki, tamamilə dağılıb. Hazırda qurbanların sayı müəyyənləşdirilir”, – Ukrayna milli polisi bildirib.

Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko Telegram-da yazıb ki, Rusiyanın hücumları mayın 17-də vilayətdə yeddi nəfərin həyatına son qoyub.

Ancaq bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Silah xahişi

Rusiya Ukraynanın şərqini və cənubunu tam nəzarətə almağa çalışır və uzun müharibəyə hazırlaşır. Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov mayın 17-də Avropa İttifaqının müdafiə nazirlərinə və NATO-nun Baş katibi Yens Stoltenberqə deyib.

O, nazirləri Rusiyanın münaqişəni uzatmasına imkan verməməyə, Ukraynaya silah göndərilməsni koordinasiya etməyə çağırıb.

“Biz düşməni mümkün qədər tez məğlub etmək, ərazilərimizi azad etmək istəyirik. Buna görə də mümkün qədər tez və lazımi miqdarda xarici yardım qəbulunda, silah almaqda çox maraqlıyıq. Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır”,Reznikov vurğulayıb.

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel görüşdən sonra deyib ki, blok “Ukraynanın avadanlığının tükənməsinə imkan verməyəcək”.

24 saat” “
Rusiya Ukraynaya zərbələri davam etdirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət imzalayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button