Loading...
Loading...
Xəbərlər

Rusiya və ABŞ prezidentləri mühüm məsələləri müzakirə edəcəklər

Vaşinqton/30.12.21 ABŞ prezidenti Co Bayden Rusiya tərəfin xahişi ilə dekabrın 30-da Vladimir Putinlə bir daha telefonla danışacaq, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

İki lider “bir sıra mühüm məsələləri müzakirə edəcəklər”, deyə Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn bildirib.

Bayden Administrasiyası Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla fəal diplomatiyanı davam etdirir, onlarla məsləhətləşir və Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırmasına cavab olaraq ortaq yanaşmanı əlaqələndirir”, deyə Ağ Evin bəyanatında bildirilir.

Moskva “öz narahatlıqlarını dilə gətirib və biz onları müzakirə etməyə hazırıq”, deyə Bayden Aministrasiyasının nümayəndəsi brifinqdə jurnalistlərə bildirib: “Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz və tərəfdaşlarımız öz narahatlıqlarını bildirəcəklər və Rusiyanın onları müzakirə etməyə hazır olacağına ümid edirlər”.

Baş katib Entoni Blinken çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Dövlət Departamentinin məlumatına görə, “onlar Ukraynanın şərqindəki münaqişənin dinc yolla nizamlanması üzrə səyləri və Rusiya ilə qarşıda duran diplomatik danışıqları müzakirə ediblər”.

Blinken həmçinin Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə danışıb.

“Onlar Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini təsdiq ediblər”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Vaşinqton və Moskva rəsmiləri yanvarın 10-da Moskvanın bu ayın əvvəllərində irəli sürdüyü təhlükəsizlik tələblərini müzakirə etməlidirlər.

Bundan sonra, yanvarın 12-də Rusiya-NATO Şurasının dialoqu baş tutacaq, yanvarın 13-də isə ATƏT-in Daimi Şurasında müzakirələr aparılacaq. 

Bayden və Putinin bu danışıqlarda birbaşa iştirak etməyəcəyi gözlənilir. Amerika tərəfdən danışıqlarda Dövlət Departamentinin, Milli Təhlükəsizlik Şurasının və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər, deyə administrasiyanın yüksək vəzifəli məmuru bildirib.

Vaşinqton öz ərazisini müdafiə etməsi üçün Ukraynaya əlavə yardım verməyə və yaxın həftələrdə yeni bir müdaxilə olarsa, Rusiyanın mümkün işğalına reaksiya verməyə “hazırdır”. Bununla belə, prezident Bayden açıq şəkildə bildirib ki, Putin “bunda maraqlıdırsa”, regionda gərginliyin aradan qaldırılmasının diplomatik yolu var, deyə ABŞ Administrasiyasının nümayəndəsi bildirib. -B25-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button