2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya və Belarus böyük hərbi manevrlərə başlayırlar

Rusiya və Belarus sentyabrın 9-da hər iki ölkənin ərazisində və Baltik dənizi hövzəsində bir həftə davam edəcək böyük hərbi təlimlərə başlayıblar.

Reuters xəbər verir ki, iki ölkənin yüksək rütbəli komandanları Rusiyanın qərbində keçirilən açılış mərasiminə qatılıblar.

Kod adı Zapad-2021 olan manevrlərin əsas hissəsi sentyabrın 10-da başlanacaq və ayın 16-dək davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters qeyd edir ki, bu hərbi manevrlər Qərb və Belarus arasında münasibətlərin son dərəcə gərgin olduğu vaxta təsadüf edir.

Rusiyanın Müdafiə Nazirliyi hərbi təlimlərdə 200 minədək hərbçinin, 80 təyyarə və helikopterin, 15-dək gəminin və təxminən 300 tankın iştirak edəcəyini bəyan edib.

Bu manevrlərdə döyüş güllə və mərmilərindən istifadə olunacağı bildirlib.

Ermənistan da iştirak edir

Bu hərbi təlimlər artıq üç aydır ki, davam edən böyük manevrlərin kulminasiya nöqtəsi sayılır.

Nazirlik bildirir ki, manevrlərə habelə Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanın hərbçiləri də qatılacaqlar.

NATO rəsmiləri xəbərdarlıq edirlər ki, Rusiyanın bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsinin ardınca keçirilən bu manevrlərdə baş verə biləcək hər hansı yalnışlıq, böhranı kəskinləşdirə bilər.

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov deyib ki, manevrlər tam müdafiə təbiətlidir və Moskva ilə Minsk arasında hərbi koordinasiyanın yaxşılaşdırılmasına xidmət edəcək.

Lukaşenkanın dəyişən əhvalı

Təhlilçilər bildirilər ki, Minskin bu təlimlərdə iştirakı onun Moskva ilə daha sıx yaxınlaşdığını göstərir.

Kreml Alyaksandr Lukaşenkanın müxalifətin kütləvi etirazları yatırması zamanı onun rejiminə həyati dəstək verib.

Moskva habelə Qərbin Minsk üzərinə sanksiyalar qoyduğu və onun beynəlxalq meydanda təkləndiyi bir vaxtda Lukaşenkanın həlledici müttəfiqi rolunu oynayıb.

Londondakı Chatham House analitik mərkəzindən ekspert Metyu Bulej deyib:

“Lukaşenka 2017-ci ildə belə təlimlərdə iştirak etmək istəmir və bu barədə açıq bəyanatlar verirdi, amma indi Qərbə təhdid ehtiva edən daha böyük manevrlərə qoşulub”.

Bugün, sentaybrın 9-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Alyaksandr Lukaşenka arasında mühüm görüşün keçiriləcəyi gözlənilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button