2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya və Belarus Qərblə gərginlik fonunda kütləvi birgə hərbi təlimlərə başlayıb

Rusiya və Belarus NATO-nun sərhədləri yaxınlığında kütləvi birgə hərbi təlimlərə başlayıb və Moskva ilə Minsk Qərblə davamlı gərginlik şəraitində hərbi əlaqələrini dərinləşdirməyə qarşılıqlı olaraq söz verib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Zapad-2021 adlı bir həftəlik hərbi təlimlər sentyabrın 10-da başlayıb. Təlimlər Belarusda, Rusiyanın qərbində, eləcə də Baltik dənizi də daxil olmaqla bir neçə ərazidə keçirilir.

Moskvadan verilən məlumata əsasən, təlimlərdə 200 000-ə qədər hərbi qulluqçu, təxminən 80 təyyarə və helikopter, 290 tank, 240 top, bir çox raket qurğuları, minaatanlar eləcə də 15 gəmi iştirak edir.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq Rusiya və Belarus formal olaraq özlərini “vahid dövlətin” bir hissəsi olaraq görür və bununla bağlı bir neçə ildir danışıqlar aparılır.

Hərbi təlimlərdən əvvəl Rusiya Prezidenti Vladimir Putin və Belarusun təcrid olunan avtoritar rəhbəri Aleksandr Lukaşenko Moksvada görüş keçirib və müdafiə sahələrində inteqrasiyasını dərinləşdirmək barədə razılığa gəlbilər.

Digər tərfədən Putin Moskvanın gələn ilin sonuna qədər Minskə 640 milyon dollar kredit verəcəyini bildirib. Üstəlik Lukaşenko ilə yeni vahid təbii qaz bazarın üzərində razılığa gəldiyini deyib.

20 ildən çoxdur iqtidarda olan Rusiya prezidenti Putin və təxminən otuz ildir hakimiyyətdə olan Lukaşenko “vahid müdafiə məkanı qurmaq” mövzusunu da müzakirə edib.

Lukaşenko öz növbəsində jurnalistlərə “bir irəliləyiş” olduğunu və uzun illər davam edən danışıqlardan sonra 28 ayrı “yol xəritəsi” nin razılaşdırıldığını deyib.

Bununla birlikdə, iki lider 20 ildən çox davam edən danışıqlardan sonra nəhayət bir “vahid dövlət” yaratmağa razılaşıb-razılaşmadıqları sualını cavablandırmaqdan yayınıb ki, bu iki keçmiş sovet respublikasının iqtisadiyyatı və siyasi quruluşunu yenidən birləşdirmək yolunda böyük bir addım ola bilər.

Əgər həyata keçirilsə, vahid dövlət Belarusun suverenliyini poza bilər ki, Lukaşenko uzun illər buna müqavimət göstərib.

Lakin Belarus lideri ötən il altıncı dəfə prezident seçkilərini udduğunu iddia edəndən sonra getdikcə daha çox təcrid olunub.

Seçkilər və onun nəticələrini tənqid edən müxalifət sərt şəkildə susdurulub.

Qərb dövlətləri Lukaşenkonun qanuni prezident kimi tanınmaqdan imtina edərək onun hökumətinə sanksiyalar tətbiq edib.

Eyni zamanda Rusiyanın da Qərblə münasibətləri də son illərdə Moskvanın Ukraynaya təcavüzü, seçkilərə müdaxiləsi, hökümət tərəfindən dəstəklənən haker hücumu və ölkə daxilində insan haqlarının ciddi şəkildə pozulması səbəbindən gərginləşib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button