2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya və Çinin hərbi gəmiləri Sakit okeanda ilk birgə patrulunu həyata keçirir

Rusiya və Çinin döyüş gəmiləri 17-23 oktyabr tarixlərində Sakit Okeanın qərb hissəsində ilk birgə patrul keçiriblər. Bu barədə şənbə günü Rusiyanın müdafiə nazirliyi açıqlama yayıb.

Oktyabr ayının əvvəlində Yaponiya Dənizində əməkdaşlıq təlimləri keçirən Moskva ilə Pekin son illərdə Qərblə əlaqələri pisləşdiyi bir vaxt daha yaxın hərbi və diplomatik münasibətlər qurublar.

Yaponiya dəniz manevrlərini yaxından izləyib və bu həftənin əvvəlində bildirib ki, Çin və Rusiyadan 1o gəmidən ibarət bir qrup Yaponiyanın ədad adası ilə şimaldakı Hokkaido adasını ayıran Tsuqaro boğazından keçib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bir qrup gəmi patrulun bir hissəsi olaraq ilk dəfə Tsuqaru boğazından keçdi,” Rusiyanın müdafiə nazirliyi bəyanatında bildirib. Boğaz beynəlxalq su hesab olunur.

“Patrulların məqsədi Ruisya və Çinin dövlət bayraqlarını nümayiş etdirmək, Asiya-Sakit Okean regionunda sülh və sabitliyi qorumaq və iki ölkənin dənizçilik fəaliyyətinin subyektlərini qorumaqdır,” nazirlik əlavə edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button