2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya Xəzər donanmasının döyüş hazırlığı yoxlanılır

Rusiya Xəzər donanmasının dəniz piyadaları döyüş hazırlığının komandan tərəfindən qəfil yoxlanılması çərçivəsində şərti terrorçuları məhv ediblər.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb.

Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub.

“Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, – deyə məlumatda bildirilir.

 

APA

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button