2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya “Xatirə və Kədər Günü”ndə Ukraynanın şərqini vurur

Zelenski: “Güclü artilleriya Rusiyaya üstünlük verir”

Rusiya İkinci Dünya müharibəsinin ildönümündə Ukraynanın şərqinə zərbələr endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də etdiyi müraciətində bildirib ki, müharibə davam edir və son həftələr güclü artilleriya silahları Rusiyaya üstünlük verir:

“Ukrayna ordusu taktiki manevrlər sayəsində Luqansk vilayətində müdafiəsini gücləndirib. Bu, həqiqətən, ən çətin yerdir. Son günlər işğalçılar Donetsk istiqamətində də güclü təzyiq göstərirlər”.

Donbas kimi tanınan Luqansk və Donetsk vilayətlərində Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna qüvvələrinə qarşı döyüşür.

Münaqişənin kökü isə 2014-cü ildə Krımın Ukraynadan ilhaq etməsindən sonra başlayıb.

“Biz Avropa İttifaqının Ukraynanın namizəd statusu ilə bağlı müsbət qərar verməsi üçün fəal mübarizə aparırıq. Eyni zamanda, ölkəmizə müasir silahlar almaq üçün də çalışırıq. Bir gün belə dayanmırıq, mübarizə aparırıq”, – deyə Zelenski bildirib.

O, ölkəsinin tərəfdarlarını silah tədarükünü sürətləndirməyə çağırıb.

Avropa İttifaqı (Aİ) diplomatları bildiriblər ki, simvolik qərarla Ukrayna Avropa İttifaqına üzvlük üçün rəsmi namizəd olmağa hazırlaşır.

Bəzi hərbi analitiklərin fikrincə, fevralın 24-də Ukraynanı işğal etdikdən sonra Rusiyanın böyük irəliləyişə nail ola bilməməsi zamanın ukraynalıların tərəfində olması deməkdir.

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, təqaüddə olan general-leytenant Mark Hertlinq isə “Twitter” hesabında bildirib ki, müharibə ağır çəkili boks görüşünə bənzəyir: “2 aylıq döyüşdə hələ nokaut zərbəsi olmayıb”.

İyunun 22-si Rusiyada əlamətdar tarixdir. Belə ki, İkinci Dünya müharibəsində Almaniya ordusunun Sovet İttifaqına hücum etdiyi gündür və bu, “Xatirə və Kədər Günü” kimi qeyd edilir.

Bu gün həmçinin həmin dövrlərdə Sovet İttifaqının tərkibində olan Ukraynada və qonşusu Belarusda da qeyd olunur.

Həmin dövrdəki müharibə 22 iyun 1941-ci ildə başlayıb, 1418 gün davam etmişdi. Tarixçilərin hesablamalarına görə, təxminən 27 milyon sovet əsgəri və mülki şəxs həlak olub.

Nasistlərin kökünü kəsmək üçün Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyata başlayan Rusiya Prezidenti Vladimir Putin ölənlərin xatirəsinə gül dəstələri qoyacaq.

Ukrayna hökuməti və onun Qərb himayədarları deyirlər ki, Putin qonşusuna qarşı əsassız təcavüz müharibəsi aparmaq üçün “saxta bəhanə”dən istifadə edib.

Yubileyi qeyd etmək üçün iyunun 22-də Rusiya Müdafiə Nazirliyi İkinci Dünya Müharibəsinin əvvəlinə aid sənədləri dərc edib. Bildirib ki, Almaniya Sovet ordusunun işğalına haqq qazandırmaq üçün kilsələri və qəbiristanlıqları bombaladığını iddia etmək niyyətindədir.

“Necə ki indi də bunu edirlər. 1941-ci ildə də nasistlər dövlətimizi gözdən salmaq üçün əvvəlcədən təxribatlar hazırlayıblar”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya qüvvələri və Ukraynanın şərqindəki separatçılar iyunun 22-də Ukrayna ordusunun Donbasdakı əsas qalası olan Lisiçansk şəhərinə doğru irəliləyib.

Rusiya qüvvələri və Ukraynanın şərqindəki separatçılar iyunun 22-də Ukrayna ordusunun Donbasdakı əsas qalası olan Lisiçansk şəhərinə doğru irəliləyib.

Ekspertlər 4 aya yaxındır davam edən müharibəni İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən qanlı savaş olduğunu bildirib.

Qeyd ediblər ki, Rusiya apreldən bu yana Donbasda hər iki tərəfdən minlərlə əsgərin həyatına son qoymuş münaqişədə yavaş irəliləyiş əldə edib.

Britaniya hərbi kəşfiyyatının məlumatına görə, separatçı Donetsk Xalq Respublikası ilin əvvəlindən 2000-dən çox hərbçinin öldürüldüyünü və 9000-ə yaxın hərbçinin yaralandığını etiraf edib. Bu, hərbi gücünün təxminən 55 faizə bərabəri hesab edilib.

Luqansk vilayətinin qubernatoru Serhiy Qayday deyib ki, ruslar Lisiçanska doğru irəliləyir, polis, dövlət təhlükəsizlik və prokurorluq binalarına hücum edir.

Onun sözlərinə görə, həmçinin, yaşayış məntəqələri ələ keçirilib və şəhərə təyyarələrlə hücum edilib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button