Dünya

Rusiya Xersonda nə etmək istəyir?

Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson şəhərinə çox sayda qüvvə gətirir və ehtimalən şəhərin müdafiəsinə hazırlaşır

Rusiya Ukraynanın guya öz ərazisində “çirkli bombadan” istifadə etməyə hazırlaşdığına dair bir daha xəbərdarlıq edib.

Reuters bildirir ki, Rusiya bu məsələnin oktyabrın 25-də BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasını tələb edib.

Kiyev və Qərb Rusiyanın bu iddialarını “saxta” adlandırıblar.

Buna baxmayaraq Rusiya BMT-yə öz iddialarını təfərrüatlı şəkildə izah edən məktub göndərib.

Diplomatlar bildirirlər ki, Rusiya bu məsələnin BMT TŞ-nin qapalı iclasında müzakirə olunmasını istəyir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya BMT-nin baş katibi Antonio Quterreşə deyib ki, Moskva Kiyevin çirkli bombadan istifadəsini “nüvə teroru aktı” kimi qiymətləndirəcək.

Qərb inanmır

Ukrayna prezidenti Volodomir Zelenski deyib ki, Moskvanın bu ittihamları dəfələrlə Ukraynada nüvə silahından istifadə edəcəyi ilə hədələmiş Rusiyanın özünün belə bir hücuma hazırlaşdığını göstərir.

Reuters yazır ki, Ukrayna qüvvələrinin Xerson şəhəri istiqamətində irəlilədiyi bir vaxtda Rusiya rəsmiləri Qərbdəki həmkarlarına zəng edərək sözü gedən xəbərdarlığı təkrar ediblər.

Fransa, Britaniya və Birləşmiş Ştatlar bildiriblər ki, Rusiyanın iddialarıl “aşkar şəkildə saxtadır” və Vaşinqton Rusiyaya onun hər hansıl nüvə silahından istifadəsinin ağır nəticələri olacağına dair xəbərdarlıq edib.

Kiyev BMT-ni Rusiyanın iddialarını yoxlamağa dəvət edib

Bununla belə ABŞ bildirir ki, Rusiyanın nüvə silahından istifadəyə hazırlaşığını göstərən əlamətlər yoxdur.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu barədə deyib:

“İstər çirkli bombadan, istərsə də nüvə silahından istifadə edəcəyi təqdirdə bunun Rusiya üçün nəticələri olacaq. Biz hələki Rusiyanın nüvə silahlarından istifadəyə hazırlaşmasının əlamətlərini görməməkdə davam edirik”.

Rusiyanın müdafiə naziri bildirib ki, Ukraynanın çirkli bombadan istifadə etməsindən məqsəd bunun ardınca Rusiyanı radioaktiv zəhərlənmədə ittiham etməkdir.

Rusiya bildirir ki, onun Ukraynadakı qoşunları artıq radioaktiv zəhərlənmə şəraitində yaşamaq hazırlığı görürlər.

BMT yoxlayacaq

BMT-nin nüvə gözətçisi – Beynəlxalq Atom Energetikası Agentliyi bildirib ki, Rusiyanın iddiaları ilə bağlı Ukraynada iki qeyri-müəyyən əraziyə müfəttişlərini göndərir.

Bunu BMT-dən Kiyev rica edib.

Rusiyanın RIA dövlət xəbər agentliyi bildirib ki, Rusiyanın Ukraynada çirkli bomba hazırlanmasından şübhələndiyi iki yer var.

24 saat” “
Rusiya Xersonda nə etmək istəyir?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyalı Nyu-Yorkdan 250 min dollarlıq hərbi texnologiyanı necə alıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button