2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Xersondan məktəb dərsliklərini də aparır

Bundan əvvəl Xerson vilayətində məktəblərin işi dayandırılıb. Bildirilir ki, uşaqlar təhsillərini Dnepr çayının sol sahilindəki məktəblərdə davam etdirəcəklər

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın ilhaq etdiyi Xerson vilayətindən anbarlarda saxlanan məktəb dərsliklərini Azov sahilində yerləşən və döyüş əməliyyatlarından uzaq olan Genuçesk şəhərinə aparıblar.

Bu barədə məlumatı Xersonda Rusiyanın təyin etdiyi işğal administrasiyası verib.

Xəbər verilir ki, indi Genişeskdə 10 min ədəd dərslik ədəbiyyatı var.

Rusiyanın Xersona təyin etdiyi “təhsil naziri” Mixail Rodikov deyib:

“Kitablar həmişə qiymətlidir. Biz hamısını çıxarmışıq, indi bütün kitablar burda, Geniçeskdədir”.

Bundan əvvəl Xerson vilayətində məktəblərin işi dayandırılıb. Bildirilir ki, uşaqlar təhsillərini Dnepr çayının sol sahilindəki məktəblərdə davam etdirəcəklər.

Oktyabrın sonlarında Ukrayna silahlı qüvvələrinin uğurlu hücumlarının ardınca Xersondakı Rusiya administrasiyası sağ sahildəki sakinləri sol sahilə və ya başqa regionlara təxliyə olunmağa çağırmışdı. Onlara mənzillər vəd olunmuşdu.

Heykəlləri də aparırlar

Rusiya işğal administrasiyası Xersondakı rus və sovet abidələrini və hətta knyaz Qriqori Potyomkinin qalıqlarını məzarından çıxararaq Rusiyaya aparıb.

Bununla belə administrasiya Xersonun təslim edilməyəcəyini bildirir.

Bundan əvvəl Ukraynadakı Rusiya qüvvələrinin komandanı general Sergey Surovikin Xersonun taleyi barədə “sadə olmayan” qərarların qəbulunu istisna etmədiyini demişdi.

Prezident Vladimir Putin də bugünlərdə region sakinlərini evakuasiya olunmağa çağırıb. Halbuki regionun Rusiya administrasiyaları təxliyənin başa çatdığı bildirmişdi.

Xerson Rusiyanın Ukraynada işğal edə bildiyi yeganə böyük şəhər və vilayət mərkəzidir.

Rusiya hakimiyəti Xerson vilayətini Rusiyanın bir hissəsi elan edib.

24 saat” “
Rusiya Xersondan məktəb dərsliklərini də aparır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button