2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya XİN: “Ukrayna ilə danışıqlara hazırıq”

Yayımlandı: 10 Noyabr 2022 01:25

“Almaniya Ukraynanı danışıqlara sövq etmək əvəzinə, silahla təmin edir”

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 9-da keçirdiyi brifinqdə belə deyib.

Məlumatı ТАСС yayıb.

XİN sözçüsü qeyd edib ki, Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib.

O həmçinin bildirib ki, Moskva Kiyevlə danışıqlar masasına oturmağa hazırdır: “Biz hələ də danışıqlara açığıq. Biz onlardan heç vaxt imtina etməmişik, əlbəttə ki, hazırda inkişaf edən reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq”.

Zaxarova, eyni zamanda, rəsmi Berlini tənqid edərək deyib ki, Almaniya Ukraynanı danışıqlara sövq etmək əvəzinə, silahla təmin edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ötən gün bildirib ki, Kiyev yalnız əraziləri işğaldan tam azad olunandan sonra Moskva ilə danışıqlara gedə bilər.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button