2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya xüsusi təyinatlıları Azərbaycandan olan avtoritetləri döşəməyə yatırtdı

Rusiya Xüsusi Təyinatlılarının  və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları  “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər.

Bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov  öz aralarındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Kiçik Gürcüstan” restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta sərilməyə məcbur edilib. “Avtozak”larda təxminən 50 nəfər aparılıb.

Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin “smotryaşisi”,  Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun “sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə  saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının “krışalığını” təmin edib.

74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları “götürüblər”.

Bundan başqa, bir neçə avtomobilə baxış da keçirilib (virtualaz.org).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button