2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya yenə Ukraynaya zərbələr endirir

Zelenski BMT qətnaməsini dəstəkləyən 143 ölkəyə Twitter-də təşəkkürünü bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya oktyabrın 13-də Ukraynanın 40-dan çox şəhərini hədəfə alıb, Kiyev vilayətində kritik infrastrukturu vurub, cənubdakı Mikolayev şəhərinə raket zərbələri endirib.

Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba zərbələrin İran istehsalı olan kamikadze dronları ilə gerçəkləşdirildiyini deyib. Xilasedicilər hadisə yerinə gedib, ancaq itkilər haqda məlumat yoxdur.

Ukrayna prezident idarəsi başçısının müavini Kirilo Timoşenko kritik infrastruktur obyektlərinin dronlarla vurulduğunu bildirib.

Mikolayevin ötən gecə atəşə tutulması nəticəsində yaşayış binası dağılıb. Şəhərin meri Oleksandr Sienkoviç beşmərtəbəli yaşayış binasının iki üst mərtəbəsinin tamamilə dağıldığını, alt mərtəbələrin dağıntılar altında qaldığını bildirib.

İtkilər haqda, hələlik, informasiya açıqlanmayıb.

Dnepropetrovsk vilayətindəki Nikopol şəhəri də atəşə tutulub. Bir nəfər ağır yaralanıb, 30-dan çox binaya, qaz kəmərinə və elektrik xəttinə ziyan dəyib.

Oktyabrın 12-də BMT-nin Baş Assambleyasında Moskvanın Ukraynanın dörd vilayətini tutmasını qanunsuz adlandıran qətnamə qəbul edilib. Azərbaycan daxil olmaqla 35 ölkə səsverməyə qatılmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski qətnaməni dəstəkləyən 143 ölkəyə Twitter-də təşəkkürünü bildirib.

ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, bu səsvermə Rusiyaya qarşı beynəlxalq birliyi göstərir. O bir daha qeyd edib ki, Vaşinqton Ukrayna ərazisində təşkil olunmuş “saxta” referendumları tanımayacaq.

Moskva ötən ay təşkil etdiyi qondarma referendumlardan sonra Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edib.

Ukrayna və müttəfiqləri referendumları qanunsuz adlandırıb.

Bu arada Qərb Ukraynaya əlavə hərbi yardım boyun olub. Almaniya artıq dörd IRIS-T SLM havadan müdafiə sistemlərindən birincisini göndərdiyini bəyan edib. Vaşinqton isə bildirib ki, vəd olunan NASAMS havadan müdafiə sisteminin çatdırılması sürətləndiriləcək.

24 saat” “
Rusiya yenə Ukraynaya zərbələr endirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button