2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiya ‘Z’ hərfini necə gözdən saldı

Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Saytların yığılması Saytlarin yigilmasi

Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Reuters agentliyi yazır ki, bunu martın 30-da Berlin torpağının daxili işlər naziri bildirib.

Nazir deyib ki, şəhərin hakimiyyət orqanları “Z” rəmzindən istifadə olunması hallarına qarşı qəti mübarizə aparacaq.

Bundan əvvəl eyni bəyanatla Bavariya və Aşağı Saksoniya torpaqlarının rəhbərliyi çıxış edib.

Almaniya federal hökumətinin Daxili İşlər Nazirliyi bildirib:

“Əlbəttə Z hərfi qadağan olunmur, lakin bu hərfdən bir sıra fərdi hallarda Rusiyanın təcavüzkar müharibəsinə dəstək rəmzi kimi istifadə edilə bilər”.

Cinayətin rəmzi

Rusiya Ukraynaya müdaxilə edən hərbi texnikasını “Z” hərfi ilə işarələyir.

Məntiqi müxtəlif cür izah edilsə də, “Z” hərfi Ukraynada aparılan müharibəyə dəstək simvoluna çevrilib.

Bu rəmz Rusiyanın dövlət telekanallarında, mediada və küçə plakatlarında geniş reklam olunur.

Bəziləri bunu Ukrayna prezidenti Volodimir Zelenskinin soyadı, Qərb (Zapad) Hərbi Dairəsi və sairlə bağlayırlar.

Rəmzin təfərrüatları rəsmi şəkildə açıqlanmayıb.

Martın 30-da Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib:

“Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə cinayət aktıdır və təcavüzü açıq şəkildə dəstəkləyən hər bir kəsin hərəkəti cinayət əməli hesab olunur. Federal təhlükəsizlik orqanları bu məsələyə göz qoyur”.

Samsung və başqaları

Bu arada Samsung bəzi Avropa ölkələrində öz smartfonlarının adındakı Z hərfini yığışdırıb.

Şirkət bu dəyişikliyi hələki yalnız Estoniya, Litva və Latviya saytlarında edib.

Samsung şirkəti bu addımı barədə ayrıca açıqlama verməyib.

24 saat” “
Rusiya ‘Z’ hərfini necə gözdən saldı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button