2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya zabitlərinə “sanksiyalar tətbiq edilə bilər”

ABŞ Dövlət Katibi Rex Tillerson-un Rusiyanı müttəfiqi Suriyaya dəstəyini dayandırmağa cəlb etməyə yönələn səfərindən öncə G7 xarici işlər nazirlərlərinin keçirdiyi görüşdə ABŞ-ın müttəfiqləri Suriya münaqişəsinə dair birgə mövqeyə gəlməyə cəhd edəcəklər.

Rex Tillerson, həmçinin Moskvaya gedişindən öncə müttəfiq Orta Şərq ölkələrinin liderləri ilə görüşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Krallıq Rusiya və Suriya hərbi zabitlərini hədəfləyən dəqiq sanskiyaların tətbiq edilməsi təhdidindən istifadə edilməsini təklif edib.

Bu addımlar Suriyada kimyəvi silahların istifadəsi iddalarından sonra atılıb.

Suriya qıyamçı qüvvələrin nəzarətində olan Xan Şeyxun şəhərində keçən həftə 89 nəfərin ölümü ilə nəticələnən şübhəli sinirlərə təsir edən qaz hücumunun arxasında olmadığını israr edir.

Associated Press xəbər agentliyi yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib ki, Rusiyanın idarə etdiyi dronun Xan Şeyxunda baş vermiş hücumdan sonra şəhərin üzərində uçması Rusiyanını hücum barədə məlumatı olduğunu sübut edir.

ABŞ inanır ki, kimyəvi hücumdan bir neçə saat sonra xəsarət alanlara tibbi yardım göstərən xəstəxananın havadan bombalanması baş verənləri ört-bastır etməyə cəhd olub.

ABŞ-ın müdafiə naziri James Mattis bildirib ki, Suriyanın hava bazasına raket hücumu zamanı hərbi aviasiyanın 20 faizi məhv edilib və ya zədələnib.

Cümə günü ABŞ Homs vilayətindəki Şəyrət hərbi bazasına 50 qanadlı raket atıb.

Nazirin sözlərinə görə, Suriya höküməti gələn dəfə “kimyəvi silah istifadə etmədən öncə yaxşı fikirləşər”.

İndiki məlumata görə Suriya aviasiyası Şəyrət bazasının texniki xidmətlərindən istifadə edə bilmir, Mattis deyib.

Bir həftə əvvəl İdlib vilayətinin Xan Şeyxun şəhərində şübhəli sinirlərə təsir edən qaz hücumu nəticəsində 89 nəfər dinc insan, o cümlədən çoxlu sayda uşaq həlak olub.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button