2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rusiyada 1 milyon 300 min təqaüdçünün kredit borcu var, 20 milyon da…


Rusiyada 1 milyon 300 min təqaüdçünün kredit borcu var. Bu ölkə üzrə təxminən 6 təqaüdçüdən birinin borclu olması demıkdir.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 1 noyabr tarixinə qədər kredit təşkilatları borcların yığılması ilə bağlı 7 milyon 800 min borclu ilə bağlı məhkəmə iddialarını udublar.

Bundan əvvəl rusiya vətəndaşlarının həm böyük banklardan, həm də mikromaliyyə təşkilatlarından götürdükləri 12 milyon 600 min kredit borcunun vaxtının keçmiş olduğu bildirilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu rekord göstərici hesab edilir. Həm də qeyd olunur ki, ödənilməmiş borclar üzündən ölkədən çıxışına qadağa qoyulan Rusiya vətəndaşlarının sayı 2020-ci ildə 4 milyon yüz minə çatıb.

Sentyabr ayında Rusiya Statistika Komitəsinin açıqladığı məlumata görə, gəlirləri yaşayış minimumundan aşağı olan ölkə vətəndaşlarının sayı daha 1,3 milyon artaraq təxminən 20 milyona nəfərə çatıb. Bu da ölkə əhalisinin 13,5% -ni təşkil edir.

İyul ayında Rusiya prezidenti Vladimir Putin yoxsulluq səviyyəsini 6 ilə yarıya endirmək planlarını hədəfləyən “ölkənin irəliləyiş inkişafı” haqqında fərman imzalayıb. Bu hədəfin 2024-cü ilə qədər həyata keçirilməsi planlaşdırılırdı, amma sonradan  məlum proqramın icrası 2030-cu ilə qədər təxirə salınıb. Kreml bunu “əlverişsiz beynəlxalq iqtisadi şərtlər” ilə izah edir.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button