2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada bir qrup müstəqil deputat seçki nəticələrinin ləğvini tələb edir

Bir qrup müstəqil bələdiyyə və bölgə deputatları çox sayda pozuntular və saxtakarlıqlar səbəbilə 17-19 sentyabr tarixində Rusiya boyu keçirilən seçkilərin nəticələrinin ləğvini tələb edən petisiya başladıb.

Müstəqil Bələdiyyə və Bölgə Deputatları Assosiasiyası bildirib ki, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkinin “ədalətli və şəffaf” keçirilməsini təmin edə bilməyib və “əslində sizin [Pamfilovanın] əməlləri əks nəticələrə gətirib çıxardıb.”

“Ən parlaq müxalif siyasətçilərin zorakı və ədalətsiz bəhanələrlə seçkidə iştirakına icazə verimədi,” şikayətdə deyilir və əlavə olunur ki, “seçkinin bir neçə gün olması kütləvi saxtalaşdırma imkanlarını artırıb.”

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəzi Seçki Komissiyası sentyabrın 21-də elan edib ki, bütün səslər hesablanıb və Kremlin dəstəklədiyi Vahid Rusiya partiyası səslərin 49.82 faizini, əsas rəqibi olan Kommunist partiyası isə 18.93 faizini qazanıb.

Əhəmiyyətli sayda müxalif namizədlər olmadan keçirilən üç günlük seçkinin ilkin nəticələri göstərir ki, Dövlət Dumasında Vahid Rusiya partiyasından partiya siyahısı ilə qatılan namizədlər 112, tək-mandatlı rayonlar üzrə namizədlər isə 198 yer qazanıb. Bununla da partiya 450 yerlik Dumada üçdə-iki çoxluğa sahib olur ki, bu cür çoxluq konstitusiya dəyişikliklər etmək üçün vacibdir.

Həftə sonu region qubernatorları və bölgələrdəki qanunverici məclisləri üçün seçkilərlə birlikdə keçirilən parlament seçkisi Putinin 2024-cü ildə keçiriləcək prezident seçkisindən öncə hakimiyyətini gücləndirmək cəhdi olaraq görülür.

Bir çox tənqidçi deyir ki, Kreml seçkiləri başından bəri diqqətli şəkildə idarə edib, müxalifətin iştirakına böyük miqyasda icazə verilməyib, hökumətin əleyhdarları isə təqib olunub.

Müxalif namizədlərə bir digər zərbə isə həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnının Vahid Rusiyanın siyasəti üzərindəki gücünü aradan qaldırmaq məqsədi daşıyan seçki tətbiqi seçki başladığı gün, yəni sentyabrın 17-də Apple və Google-un onlayn mağazalarından yığışdırıldı. Navalnının tərəfdaşları bunu qınayıb, senzura adlandırdılar və texnologiya nəhənglərini Putinin təzyiq taktikalarına boyun əyməkdə günahlandırıb.

Petisiyada Pamfilova müstəqil müşahidəçilərin haqları “mütəmadı qanunsuz məhdudiyyətlərə” məruz qalan, şəffaflıq məqsədilə səsvermə məntəqələrinin işıqlandırılmasına məhdudiyyətlərin qoyulduğu və seçki prosesinə nəzarət etdiyinə görə qınanıb, çünki bununla “seçki prosesi mümkün qədər qapalı keçib, bütün seçki sistemi isə on il geriləyib.”

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button