Now Reading:
Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat törədilib

Rusiya paytaxtı Moskvanın kitabxanalarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu “Dünya ölkələri” adlı ensiklopediya açıq satışdadır.

2015-ci ildə 3000 nüsxədə çap edilən nəşrin buraxılışa məsul redaktoru S.Radelovdur.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, Sankt-Peterburqun “SZKEO” nəşriyyatının kitabı həmçinin Rusiyanın bir sıra internet-mağazalarında satılır.

Ermənipərəst ensiklopediyada Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” kimi təqdim olunub və orada 53 min nəfərdən çox əhalinin yaşadığı iddia edilib, qondarma respublikada isə ümumilikdə 146 min nəfərdən çox insanın yaşadığı bildirilib. Təbii ki, digər məsələlər kimi, Qarabağın tarixi ilə bağlı məlumatlar da erməni separatçılarının xeyrinə təhrif olunmuş şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazisində formalaşdırılmış separatçı quruluşu dünyanın heç bir ölkəsi, təşkilatı, o cümlədən Rusiya və elə Ermənistanın özü tanımayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.