Dünya

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpılıb

Bu, bir həftə ərzində Rusiyada yaşayış məhəlləsində qəzaya düşən ikinci hərbi təyyarədir.

Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə ikimərtəbəli evə çırpılıb.

Bu barədə Rusiyanın TASS agentliyi İrkutsk qubernatoruna istinadən xəbər verir.

Qəzaya uğrayan Su-30 təyyarəsı sınaq uçuşu edirmiş

“Tvoy Irkutsk” nəşrinin məlumatına görə, hər iki pilot ölüb. Onların hələ havada ikən kabinədə boğulduqları ehtimal olunur.

Hərəkətsiz olduqları iddia edilən pilotları qəzadan az əvvəl ikinci Su-30-un ekipajı görüb. Hələlik xəsarət alanlar və yerdə ölənlər barədə heç bir məlumat yoxdur.

Pilotların ölümünü Rusiyanın İstintaq Komitəsi də təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb.

Qubernator Kobzev, zərər çəkmiş evin, iki ailəyə məxsus fərdi, taxta ev olduğunu deyir.

Rayon Fövqəladə Hallar Nazirliyi təxminən məlumatına görə, təxminən 200 kvadratmetrə yaxın sahə yanıb.

Yanğın söndürənlər və xilasedici qüvvələr hadisə yerində iş aparırlar.

Məlumata görə bu qəzadan sonra İrkutskda 150-yə yaxın ev işıqsız qalıb.

Bu, bir həftə ərzində Rusiyada yaşayış massivində qəzaya düşən ikinci hərbi təyyarədir.

Oktyabrın 17-də Yeyskdə Su-34 təyyarəsinin binaya çırpılması nəticəsində 15 nəfər ölub.

24 saat” “
Rusiyada hərbi təyyarə yaşayış binasına çırpılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Moskva Avropa İttifaqını qarşıdurma yolunu seçməkdə günahlandırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button