2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada kommunistlər onlayn səsvermənin nəticələrinə etiraz edib

Ötən həftənin parlament seçkilərində onlayn səsvermənin rəsmi nəticələrindən qəzəblənən 1000-dən çox rusiyalı nümayişçi sentyabrın 25-də rəsmilərin xəbərdarlıqlarına məhəl qoymayaraq Moskvanın mərkəzində etiraz aksiyası keçiriblər.

Etiraz aksiyası əksəriyyəti kommunistlər olmaqla bir neçə rusiyalı sisyasətçi tərəfindən təşkil olunub. Onlar onlayn səsvermə sistemi ilə seçkinin saxtalaşdırıldığını iddia edir.

Onlayn səsvermə sisteminin ləğv olunmasına çağıran etirazçılar sentyabrın 25-də “seçkini geri gətirin” şüarı yazılan plakatlar nümayiş etdiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən bu gün buraya bizim yenidən aldadıldığımızı demək üçün gəlmişəm,” bir qadın nümayişçi müxbirlərə bildirib.

Lakin Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Dövlət Dumasında yer qazanan siyasi partiyaların liderləri ilə görüşündə bildirib ki, “seçki və onlayn səsvermənin texnoloji irəliləyiş kimi qarşısı alına bilməz.”

Seçkidə genişmiqyaslı saxtakarlıq və qanun pozuntularının olduğuna dair ittihamlara, sərt təqiblərə və prezidentin dəstəklədiyi Vahid Rusiyaya qarşı çıxan namizədlərə tətbiq olunan qadağalara baxmayaraq, Vladimir Putin ötən həftə seçkilərin “azad və ədalətli” keçdiyini elan edib.

“Seçkilər açıq və qanunlara uyğun şəkildə keçirilib,” Putin deyib.

Sentyabrın 24-də açıqlanan rəsmi yekun nəticələrə əsasən, Vahid Rusiya 450 yerlik Dövlət Dumasında 324 yer qazanıb ki, bu da super əksəriyyətə sahib olmaq və qanun layihələrini birtərəfli qaydada qəbul etmək üçün yetərlidir. Rusiya Federasiyasının Kommunist Partiyası 57 yerlə Vahid Rusiyadan sonra ikinci yerdə gəlib.

Ədalətli Rusiya, Rusiyanın Liberal Demokratik Partiyası və Yeni İnsanlar partiyalarının üçü də 30-dan az yer qazanıb, lakin digər daha kiçik üç partiyanın hər biri bir yer qazanıb. Bundan əlavə Dövlət Dumasına heç bir partiyaya mənsub olmayan beş namizəd də seçilib.

Həbsdə olan müxalif lideri Aleksey Navalnının Ağıllı Səsvermə tətbiqinin tövsiyə etdiyi heç bir müxalif namizəd parlamentdə yer qazanmayıb.

Onlayn səsverməninin nəticələri yekun nəticəyə əlavə olunandan sonra Moskvanın beş seçki dairəsində Kommunist Partiyasından üç namizəd və Yabloko və Yeni İnsanlar partiyalarının hər birindən bir namizəd, habelə bir müstəqil namizəd hakim Vahid Rusiya partiyasının namizədlərinə qalib gəliblər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button