2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada koronavirusun durumu kritik həddə çatıb

Rusiyada COVID-19-dan ölənlərin və virusa yoluxanların sayında yeni rekordlar əldə edilib. Son bir sutka ərzində 32196 yeni yoluxmalar və 999 ölüm halı qeydə alınıb.

Bu haqda operativ qərargah məlumat verib.

Beləliklə, artıq 3-cü gündür ki, göstəricilər rekord həddədir. Son bir ay ərzində rekord görtəricilər 13 dəfə qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İlhaq edilmiş Krım da daxil edilməklə, Rusiyada rəsmi göstəricilərə görə yoluxanların sayı 8 milyona yaxınlaşıb. Pandemiyanın başlanğıcından bəri 221 min insan həyatını itirib.

Müstəqil demoqraflar Rossatın statistikasına görə, hesab edirlər ki, göstəricilərin olduğundan minimum 3 dəfə aşağıdır. Ölənlərin ümumi sayı isə 660 mindir.

40 saylı xəstəxananın baş həkimi Denis Prosenkonun bildirdiyinə görə, Rusiyada koronavirusun durumu kritik həddə çatıb. Belə ki, xəstəxanalara hədsiz sayda pasiyent gətirilir. Həkim bunu vaksinasiya ilə izah edərək, vəziyyətin təəccüb doğurmadığını deyib.

Epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəzi regionlarda peyvəndlənmiş və artıq xəstələnmiş vətəndaşların müəyyən kateqoriyalarına QR kodları tətbiq edib.

Moskva meri Sergey Sobyanin “bəzi” yeni məhdudlaşdırıcı tədbirləri istisna etməyib. Lakin o, şəhərin tamamilə dayandırılmasının mümkün olmayacağını deyib.

Kreml bölgələrin qapanmasını “arzuolunmaz ssenari”adlandırıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button