2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiyada mediaya aksiya xəbərlərini silmək əmr edilib


Rusiyanın dövlət media nəzarətçisi Roskomnadzor AzadlıqRadiosunun Rus xidməti və Current Time TV də daxil olmaqla bütün media orqanlarına Aleksey Navalnı tərəfdarlarının fevralın 14-ə təyin edilmiş mobil telefonlarla “fənər işığı” aksiyası barədə bütün materiallarını silməyi əmr edib.

Roskomnadzorun rəsmi göstərişi media qurumlarına fevralın 12-də təqdim olunub.

Rusiya hökuməti bildirir ki, mediada bu aksiya barədə dərc edilən hər bir material qanunsuz aksiyalara və kütləvi iğtişaşlara çağırış kimi qiymətləndiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Roskomnadzorun orderi habelə Meduza və Açıq Media internet qəzetlərinə və Sibirin Tomsk şəhərindəki TV-2 xəbər agentliyinə göndərilib.

Navalnının Tomskdakı qərargahına isə prokurorluq tərəfindən xəbərdarlıq edilib. Qərargaha bildirilib ki, Navalnı tərəfdarları qanunsuz aksiya keçirmək ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər.

 

Navalnı komandası həm də “plagiatda” günahlandırılır

Navalnının komandası Rusiya boyunca vətəndaşları səslənərək onları fevralın 14-də axşam saat 20-də küçəyə çıxaraq 15 dəqiqə müddətində mobil telefonlarının işığını yandırmağa və səmaya tuşlamağa çağırmışdı.

Navalnı qərargahları şəbəkəsinin direktoru Leonid Volkov “yeni etiraz taktikası” barədə məlumatı fevralın 9-da vermişdi.

O bildirmişdi ki, bu taktika adamların polislə toqquşmalarının qarşısını almaq üçün irəli sürülüb.

“Fənər işığı” etirazına bənzər taktikadan bundan əvvəl Rusiyaya qonşu Belarusda avtoritar prezident AlyaksandrLukaşenkanın istefasını tələb edən aksiyalarda istifadə olunub.

Volkov deyib ki, qeyri-zorakı etiraz növündən istifadə bütün ölkədə Navalnının həbsi ilə bağlı hiddətin miqyasını göstərmək məqsədi daşıyır.

Rusiya hakimiyyəti Volkovun “fənər işığı” etirazlarına çağırışını tənqid edib.

Kremlə yaxın politoloq Aleksey Martınov deyib ki, Navalnının komandası bu ideyanı sovet müharibə veteranlarının xatirə mərasimindən “oğurlayıb”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button