2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb

İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın səhiyyə rəsmiləri ölkədə meymunçiçəyinə ilk yoluxmanın aşkarlandığını bildirir. Həmin şəxsin xəstəliyi yüngül keçirdiyi qeyd olunur.

“Rospotrebnadzor” iyulun 12-də bildirib ki, xəstəlik Avropa ölkələrinə səyahətdən qayıdan bir gəncdə aşkarlanıb, o, xarakterik səpkilərlə tibb ocağına müraciət edib.

“Xəstənin kontaktda olduğu şəxslər müəyyənləşdirilib, hazırda həkimlərin nəzarətindədirlər”, – bəyanatda deyilir.

Xəstəxanaya yerləşdirilmiş şəxsdə xəstəliyin tez aşkarlandığı, bununla da “yoluxmanın yayılmasının önləndiyi” deyilir.

Meymunçiçəyi qızdırma, başağrısı, əzələ ağrısı, titrəmə, yorğunluq və səpkilərə səbəb olur.

Ümumilikdə 50-dən çox ölkədə meyminçiçəyinə yoluxmalar aşkarlanıb, ümumi təsdiqlənmiş hallar 7 min 600-dən çoxdur. Bu xəstəlik Qərbdə və Mərkəzi Afrikada endemik formada mövcuddur.

Dünya Səhiyyə Təşkilatı xəstəliyin ictimai səhiyyəyə yaratdığı riskin hazırda böyük olmadığını desə də, virusun qeyri-endemik ölkələrdə yayılacağı halda riskin artacağıyla bağlı xəbərdarlıq edib.

İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button