Loading...
Loading...
SEÇMƏ

Rusiyada müharibəyə qarşı çıxan rejissor axtarışa verilib

Yayımlandı: 7 Sentyabr 2022 14:21

Onun büdcə ilə bağlı dediyi fikrə görə məsuliyyətə cəlb edildiyi bildirilir

Rusiya Daxili İşlər Nazirliyi rejissor Vitali Manskini axtarışa verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilir ki, 2 dekabr 1963-cü il təvəllüdlü Vitali Vsevolodoviç Manskiyə cinayət işi açılıb və axtarışa verilib.

Nazirlik cinayət işi ilə bağlı digər təfərrüatları açıqlayıb.

Moskva Beynəlxalq Film Festivalında “büdcənin ən azı 85%-i oğurlanır” dedikdən sonra rejissor Nikita Mixalkov ondan polisə şikayət edib.

Rejissor tələb edib ki, V.Manski böhtana görə məsuliyyətə cəlb edilsin.

N.Mixalkovun vəkili Pavel Astaxovun sözlərinə görə, bu faktla bağlı yoxlama təyin edilib.

Foto: DİN-dən screenshot

V.Manski isə hesab edir ki, axtarışın böhtan işi ilə bağlı olması ehtimalı azdır.

V.Manski Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhdarı kimi tanınır.

N.Mixalkov isə savaşın tərəfdarı və təbliğatçısıdır.

O, dövlət televiziyasında rusların qonşu ölkədəki hərbi əməliyyatlarda iştirakı üçün kampaniya aparır.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Putin: “Rusiya Ukraynada hərbi əməliyyat keçirməklə heç nə itirməyib”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button