2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada müharibəyə dəstək azaldımı

Sosioloq, antimüharibə fəalı İsgəndər Yasaveyev AzadlıqRadiosuna deyirdi ki, “bir neçə həftəyə” Rusiyada müharibəyə ictimai dəstək səngiyəcək

Saytların yığılması Saytlarin yigilmasi

Moskva fevralın 24-də Ukraynaya hücuma başlayanda onminlərlə rusiyalı küçələrə çıxdı, minlərlə saxlanan oldu. İşğalın altıncı ayı tamam olur. Ölkədə müharibəyə etiraz edən cəsarətli şəxslər qalsa da, çoxları cəmiyyətin laqeydliyindən məyusluğunu gizlətmir.

İşğaldan sonrakı iki həftədə Rusiyada müharibəyə qarşı çıxan 13 min 500 nəfər saxlanmışdı. Hesablamanı ölkədə repressiyanı monitorinq edən OVD-Info aparıb.

Sosioloq, antimüharibə fəalı İsgəndər Yasaveyev onda AzadlıqRadiosuna deyirdi ki, “bir neçə həftəyə” Rusiyada müharibəyə ictimai dəstək səngiyəcək.

“Xeyli sayda adam öz durumları ilə onlara çatdırılan xəbəri müqayisə etməyə başlayacaq. Anlayacaqlar ki, onlara yalan və propaqanda danışırlar”, – o bildirirdi.

Qərb altı aylıq müharibədə Ukraynada azı 15 min rusiyalı əsgərin öldürüldüyünü bildirir. Bu, 1980-ci illərdə sovetlərin Əfqanıstanda 10 ildən çox çəkmiş müharibəsindəki ölü sayından çoxdur.

Yeyl Universitetinin hesablamasına görə, mindən artıq Qərb şirkəti Rusiyadan gedib.

Müharibəyə qarşı çıxan bir çox etirazçı ya həbs olunub, yaxud uzunmüddətli həbs nəzərdə tutulan ittihamlarla üzləşib. Yüzminlərlə rusiyalı isə ölkəni tərk edib.

AzadlıqRadiosunun müxbiri Robert Koalson yazır ki, Ukraynadakı müharibə uzandıqca Rusiyada hər hansı kütləvi antimüharibə hərəkatının, yaxud ictimai narazılığın artmasının əlaməti görünmür. Narazılığı azsaylı cəsur fərdlər göstərir, onlar işğalı ta əvvəldən qəbul etmirlər.

“Həbsə girməyə hazıram”, – işğal başlayandan demək olar, hər həftə Moskvadan 250 km şimal-şərqdə yerləşəm İvanovoda təkadamlıq etirazlar keçirən tibb məktəbi təlimçisi Olqa Nazarenko deyir.

“Bu baş versə, cəzamı çəkib azadlığa çıxan kimi yenidən piketləri davam etdirərəm. Həbsdən elə də qorxmuram. Orada da adamlar yaşayır. Hamımızı həbsə ata bilməzlər, hamını susdura bilməzlər”, – o söyləyir.

Nazarenko təzə vaxtlarda müharibəyə qarşı iri nümayişlərə qatılırmış. Ancaq sonradan onların sayı azaldıqca, təkadamlıq etirazlara əl atıb, sosial mediada başqalarının da belə etdiyini görüb.

Etirazlarına çox adamın “aqressiv” yanaşdığını deyən Nazarenkonun üstünə bir dəfə rəng atıblar. Evindəki poçt qutusunun üstünə isə “Z” hərfini, “Ukrayna heyvanı” sözlərini yazıblar. “Z” hərfini kremlyönlü fiqurlar müharibəyə, orduya dəstək simvolu kimi təqdim edir.

“Hərfi mavi, sarı güllərlə bəzədim, indi qəşəng görünür”, – o danışır.

Həştərxandan 19 yaşlı tələbə Dilara isə şəhərdə “demək olar, siyasi həyatın olmadığını” vurğulayır. O, baxışlarına görə təqib qorxusundan ancaq adını söyləyir.

Dilara danışır ki, ötən il həbs olunmuş müxalifət lideri Aleksey Navalnıya dəstək nümayişlərində dumanlı bir ümid vardı: “İndi isə bunu görmürəm. Tam acizlik hissi hakimdir, hüquqlarımız, təsirimiz yoxdur. Müharibəyə qarşı çıxırsansa, dönük sayılırsan…”

Ufadan 30 yaşlı xoreoqraf İlmira Raxmatullina martın 6-da müharibəyə qarşı etirazlarda saxlanan 5 min nəfərdən biri idi.

“Əlbəttə, müharibənin əvvəlində baş verənlərlə müqayisədə indi Rusiyada getdikcə daha az adam antimüharibə etirazlarına qatılır. Onlar özləri və ailələrinə qarşı repressiyalardan qorxurlar. Nə ərim var, nə uşağım, ona görə daha ürəkliyəm. Qorxduqlarına görə adamları pisləmirəm. Ancaq eyni zamanda sakit dura bilmərik axı”, – Raxmatullina AzadlıqRadiosun deyib.

Moskvadan sosioloq, Levada sorğu mərkəzinin baş tədqiqatçısı Lev Qudkov deyir ki, ilk dönəmdə qısamüddətli çaşqınlıqdan sonra Rusiya ictimaiyyətinin böyük hissəsində “propaqandanın təsiri altında”, “bu müharibənin xoşagəlməz təsirlərindən” yayınmaq üçün “orada baş verən hər şeyə qarşı apatiya, laqeydlik və uzaqlaşma” hissləri güclənib.

“Qəribədir ki, bu mənim tamam fərqli reaksiya gözlədiyim qruplarda baş verib – gənclərdə, daha varlı və daha təhsilli şəxslərdə. Onlar çox tez geri çəkildilər, müharibəyə ən böyük laqeydlik, dözümsüzlük göstərməyə başladılar”, – Qudkov vurğulayır.

AzadlıqRadiosuna danışan antimüharibə fəalları gələcəyə təşvişlə baxırlar, onların çoxu Rusiyada real dəyişikliyin illər, hətta nəsillər çəkəcəyini düşünür.

“Yaxşıya doğru dəyişikliyin olacağına inanmaq istəyirəm. Əsas məsələ odur ki, hakimiyyətə normal adamlar gəlsin. Gerçəkdən inanıram ki, Rusiya 15-20 ilə bu çaladan çıxacaq, normal, insani təməllərini bərpa etməyə başlayacaq”, – başqırdıstanlı etirazçı Raxmatullina deyir.

24 saat” “
Rusiyada müharibəyə dəstək azaldımı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button