2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rusiyada narkotikdən ölümlər bir ildə 60 faiz artıb

2020-ci ildə narkotik problemindən ölən rusiyalıların sayı əvvəlki ilə nisbətən 60 faiz artıb.

Bu barədə məlumat Rusiya Statistika Komitəsinin hesabatında yer alıb. Rosstat-ın hesabatında deyilir ki, 2020-ci ildə narkotikdən 7316 nəfər ölüb, bir il əvvəl isə ölüm sayı- 4569 nəfər olub.

Məlumata görə, 2016–2018-ci illərdə Rusiyada hər il 4.4-4.8 min insan narkotikdən həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumilikdə, 2020-ci ildə Rusiyada xəstəliklə əlaqəli olmayan müxtəlif  səbəblərdən 140 minə yaxın adam ölüb ki, burda narkitikdən istifadəyə görə ölənlərin payı 5,2 faiz olub.

Rosstat, narkotik maddələrdən sui-istifadə nəticəsində zehni xəstəliklərdən vəfat edənləri də narkotik ölümləri kateqoriyasına aid edir.

Bu ilin iyun ayında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi pandemiya başlayandan bəri dünyada narkotik istifadəsinin artmasına dair bir hesabat yayıb.

Həmin hesabata görə, 2020-ci ildə bütün dünya üzrə narkotikadan istifadə edənlərin sayı 275 milyon olub. Bu da 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.

 

24 saat” “Rusiyada narkotikdən ölümlər bir ildə 60 faiz artıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button