2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada polis əməkdaşlarına qarşı terror aktı hazırlayan İŞİD tərəfdarı saxlanılıb

Rusiyanın Samara vilayətində hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı terror aktı hazırlayan İŞİD tərəfdarı saxlanılıb.
Bu barədə “RİA Novosti” agentliyinə güc strukturlarındakı mənbə bildirib.
Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Samara vilayətinin Ust-Kinelski yaşayış məntəqəsində bir müddət əvvəl islamı qəbul etmiş 20 yaşlı Rusiya vətəndaşını saxlayıblar. Ona İŞİD emissarları tərəfindən internet vasitəsi ilə terror aktı hazırlamaq tapşırığı verildiyi deyilir.
Ekstremistin Dağıstan Respublikasındakı yardımçıları ona partlayıcı qurğunun hissələrini əldə etmək üçün 20 min rubl göndəriblər. Partlayıcı qurğunun hazırlanmasının təlimatı isə Suriyadan gəlib. Şübhəli şəxsin evində əməliyyatçılar 500 qram trotil gücündə partlayıcı maddə, əldəqayırma detonator tapıblar.
Saxlanılan şəxs bildirib ki, o, polis əməkdaşlarının avtomobilini partlatmaq və polislərin silahlarını ələ keçirərək terrorçu fəaliyyətini davam etdirmək niyyətində olub. O, fəaliyyətinin daha çox rezonans doğurması məqsədi ilə bayram günü hadisəni törətmək istəyirmiş
Faktla bağlı araşdırma aparılır.(apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button