2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada qəzada ölən 14 qırğızıstanlı ölkəsinə qaytarılacaq

Qəzada 14-ü qırğızıstanlı, ikisi rusiyalı olmaqla 16 nəfər həlak olub

Saytların yığılması Saytlarin yigilmasi

Qırğızıstan Prezidenti Sadır Japarov nazirliklərə və aeroport administrasiyasına göstəriş verib ki, həftəsonu Rusiyanın Ulyanovsk vilayətində yol qəzasında ölmüş 14 qırğızıstanlının repatriasiyasını sürətləndirsinlər.

Japarovun mətbuat xidmətinin avqustun 22-də yaydığı bəyanatda bir gün öncəki qəzada ölənlərin yaxınlarına başsağlığı verilir. Avqustun 23-də ölkədə ümummilli matəm elan edilib.

Qəzada 14-ü qırğızıstanlı, ikisi rusiyalı olmaqla 16 nəfər həlak olub. Daha üç qırğızıstanlı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan ikisi kişi, biri qadındır.

Polisin yaydığı videoda iki yük maşınının arasında sıxılmış mikroavtobusun əzilmiş dəmir örtüyü görünür. Fövqəladə xidmət işçiləri sonradan maşının içini təmizləyiblər.

Miqrant səyahətləri

Xəstəxanada olan kişilərdən birinin xalası oğlu Kubanıçbek Erkincan Uulu deyib ki, o və daha bir neçə qırğız miqrant fəhlə Rusiya-Qazaxıstan sərhədindən qayıdarkən qəzanın şahidi olublar.

“Bizim olduğumuz mikroavtobus böyük bir yük maşınının arxasında növbədə gözləyirdi. Başqa bir böyük maşın arxadan çıxaxaq onu vurdu, pənkeyk kimi əzdi”, – Erkincan Uulu AzadlıqRadiosuna deyib. Onun sözlərinə görə, miqrant fəhlələr daim belə səyahətlərə çıxırlar, çünki Rusiya qanunvericiliyi onların iş statusunu yeniləmək üçün ölkədən çıxmalarını, müəyyən müddətdən sonra qayıtmalarını tələb edir.

“Xalam oğlu indi danışa bilir, ancaq ayaqlarını hiss etmədiyini deyir”, – Uulu söyləyib.

Rusiya İstintaq Komitəsi qəzayla bağlı cinayət işi açıb.

24 saat” “
Rusiyada qəzada ölən 14 qırğızıstanlı ölkəsinə qaytarılacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button