2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyada saxlanılan basketbolçu Baydenə məktub yazıb

Yayımlandı: 6 İyul 2022 13:16

“Mən əbədi burada qalacağımdan narahatam”

Rusiyada qeyri-qanuni maddələr daşımaq ittihamı ilə fevral ayından bəri saxlanılan və on ilə qədər həbs cəzası almaq ehtimalı olan basketbolçu Brittni Qrayner Prezident Co Baydenə açıq məktub yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qadınların Milli Basketbol Assosiasiyasının (WNBA) basketbolçusu Baydendən Rusiya həbsxanasından çıxmasına kömək etməsini xahiş edib.

Basketbolçu fevralın ortalarında Moskvanın Şermetovo hava limanında baqajından qadağan olunmuş həşiş qətranı olan elektron siqaretlər aşkarlandığına görə saxlanılıb.

Qraynerin həbsindən cəmi bir neçə gün sonra Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Bu da ABŞ və digər Qərb ölkələri ilə münasibətlərin pisləşməsinə səbəb olub.

Rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalar diplomatik cəbhədə də vəziyyəti çətinləşdirib.

Bütün bunlardan ciddi narahatlıq keçirən 31 yaşlı basketbolçu həbs cəzası almağından, hətta ömürlük dəmir barmaqlıqlar arxasında qalmaqdan qorxduğunu yazıb.

“Həyat yoldaşım, ailəm, komanda yoldaşlarım üçün darıxıram. Onların indi bu qədər əziyyət çəkməsi məni məhv edir. Mən əbədi burada qalacağımdan narahatam”, – Qreyner Prezident Baydenə müraciətində qeyd edib.

Prezidentin sözçüsü Dmitri Peskov daha öncə Qreynerin Rusiyada girov olmadığını, sadəcə, ölkə qanunlarını pozduğuna görə saxlanıldığını demişdi. Basketbolçunun nə zaman azadlığa buraxılacağı barədə isə danışmamışdı.

Qreynerin məhkəməsi iyulun 5-də Moskvada başlayıb.

Basketbolçu təqsirli bilindiyi təqdirdə on ilə qədər həbs cəzası ala bilər.

Milli Təhlükəsizlik Agentliyinin nümayəndəsi Edrienn Uotson bildirib ki, ABŞ hökuməti Qreynerin azadlığını təmin etmək üçün çalışır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button